“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB) 2013-cü ilin oktyabr ayına qədər Bakıətrafı qəsəbələrdə bütün ATS-lərin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
““2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, İKT-nin dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə paytaxtın və ətraf qəsəbələrin bütün ATS-lərində yenidənqurma işləri nəzərdə tutulub. Cari ilin III rübünün sonuna qədər biz bu obyektlərin yenidən qurulmasını başa çatdıracağıq”, - deyə İB nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda paytaxtda inşa edilmiş yeni binalarda telefon və digər İKT xidmətlərinin göstərilməsi üzrə işlər davam etdirilir. Bakıda telefon şəbəkəsi abonentlərinin sayı 820 mini üstələyir. Bundan başqa, İB 250 min abonentə on-line rejimdə internet xidməti göstərir. Hazırda Bakı əhalisinin 75%-dən çoxu yüksək sürətli internet xidmətlərindən istifadə edir”, - deyə o əlavə edib.
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxildir və Bakı ərazisindəki abonentlərə xidmət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət