Azərbaycanın bank sektoru sürətli templərlə inkişaf edir. Bir sıra hallarda bankların institusional inkişafı bank sektorunun inkişafına çata bilmir. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov belə hesab edir.
“Fikrimcə, Azərbaycanın bank sektoru komfort zonasındadır və dinamik inkişaf etməkdə davam edir. Bu gün bank sektorunun inkişafı o qədər sürətli templərlə davam edir ki, biz tez-tez bankları bazarda daha təmkinli hərəkətə, o cümlədən, risklərin idarəolunması, motivasiya və korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsinə çağırmaq məcburiyyətindəyik”, - deyə E.Rüstəmov “Rossiyskaya qazeta”nın “Azərbaycan” əlavəsinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, balanslaşdırılmamış artım nəticəsində potensial risklərin qarşısını almaq məqsədilə Mərkəzi Bank aktivlərin keyfiyyəti, kreditlərin girov təminatına olan tələbləri sərtləşdirib, aktivlər üzrə ehtiyatların yaradılmasına dair tələblər artırılıb. “Düşünürəm ki, bu gün və gələcəkdə tənzimləyicinin uğuru bir çox hallarda onun nə dərəcədə fəal olmağından asılı olacaq. Bank biznesi sürətlə inkişaf edir və bu inkişaf daha çox innovasiyalara əsaslanır. Bu, öz növbəsində, AMB qarşısında yeni çağırışlar qoyur, ondan hətta iki il öncə olduğundan daha artıq səlahiyyət tələb edir”, - deyə o qeyd edib.
E.Rüstəmov vurğulayıb ki, son 10 il ərzində Azərbaycanın bank sektorunun aktivləri 21 dəfə, kredit portfeli 28 dəfə, kapitallaşma 35 dəfə, əhalinin əmanətləri 33 dəfə artıb. “Əsas indikatorların, xüsusilə əhalinin depozitlərinin dinamik artımı Azərbaycanın bank sektoruna olan yüksək etimadın saxlandığını hesab etməyə əsas verir. Keyfiyyətli göstəricilərinə gəlincə isə, onlar da ciddi qorxu yaratmayan səviyyədədir. Belə ki, 2012-ci ilin sonuna vaxtı ötmüş borcların həcmi cəmi kredit portfelinin 6%-ni təşkil edib”, - deyə AMB sədri əlavə edib.
Bununla yanaşı, o vurğulayıb ki, AMB-nin tənzimləyici kimi əsaslı mövqeyi böhranöncəsi dövrdə sektorun sabitliyində az rol oynamayıb. “Biz dünya böhranının ölkənin bank sisteminə təsirinin minimuma endirilməsinə yönəlmiş bir sıra pul-kredit və prudensial tədbirlər həyata keçirmişik. Nəticədə regionun digər ölkələrindən fərqli olaraq Azərbaycanda son dərəcə gərginlik və iflas halları müşahidə olunmayıb. Böhrana qarşı gördüyümüz tədbirlər beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilib”, - deyə o qeyd edib.
E.Rüstəmov hesab edir ki, bank bazarının mürəkkəbləşməsi bank tənzimləyicisindən monetar siyasətin daha çevik alətlərindən istifadəni tələb edir. Bundan başqa, bank nəzarətinə daha çevik yanaşmalar da tələb olunur. “Düşünürəm ki, sığorta, lizinq şirkətlərinin daxil olduğu bank qrupları və maliyyə holdinqlərinin yaranması mövcud tənzimləmə və bank nəzarəti təcrübəsinə dəyişikliklərin edilməsini tələb edəcək”, - deyə AMB-nin rəhbəri əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət