“Şahdəniz” konsorsiumunda Nabucco-west və Trans-Adriatik (Trans-Adriatic Pipeline, TAP) boru kəmərləri layihələri üzrə hüquqi öhdəliklər yaradan təkliflərin qiymətləndirilməsinə başlanılıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“2013-cü ilin mart ayının sonunda “Şahdəniz” konsorsiumu TAP və“Nabucco-West” layihələri üzrə ilkin təklifləri alıb. Bu təkliflər layihələrin səhmdarları tərəfindən təsdiq edildikdən sonra hüquqi öhdəlikləri yaradan son təkliflər oldu”,- deyə məlumatda bildirilir.
Bundan başqa, məlumatda deyilir ki, “Şahdəniz” konsorsiumu Avropadakı 15-dən çox müxtəlif qaz alıcısından ildə 30 mlrd. kubmetrdən çox qaz satışına dair təkliflər alıb.
“Təklif edilən variantların kommersiya cəhətdən nə dərəcədə cəlbedici olmasının və müvafiq satış bazarlarının müəyyən edilməsi üçün qaz nəqlinə dair təkliflərlə paralel olaraq bu təkliflərə də baxılacaq”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, məlumatda bildirilir ki, “Şahdəniz” konsorsiumu Mərkəzi və Cənubi Avropa bazarlarına ildə 10 mlrd. kubmetr qazın çatdırılmasına dair "Nabucco" və TAP-dan təkliflərin qiymətləndirilməsini başa çatdırır.
Xəbər verildiyi kimi, konsorsium marşrut seçiminə dair son qərarı cari ilin iyun ayının sonuna kimi qəbul edəcək.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. məbləğində qiymətləndirilir. “Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci il üçün nəzərdə tutulub. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək.
TAP (Trans Adriatic Pipeline) layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkli edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco-West” layihəsi “Nabucco” boru kəmərinin qısaldılmış variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinədək qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət