Azərbaycanda müxtəlif dini icmaların birgə tədbir keçirməsi respublikada dini tolerantlığa əyani nümunədir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bəyan edib.
“Bu gün Azərbaycanda dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Sevindirici haldır ki, dünya praktikasında nadir rast gəlinən bu nümunə Azərbaycana məxsusdur. Bir neçə gün öncə müxtəlif dinlərin nümayəndələri ağacəkmə aksiyasında iştirak ediblər, bu gün isə futbol oynayırlar. Bu, respublikada dinlərarası münasibətlərin tolerantlığına əyani nümunədir”,- deyə E.İskəndərov Azərbaycanın dini icmaları arasında mini futbol üzrə “Tolerantlıq Kuboku” uğrunda turnirdə bildirib.
“Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tolerantlıq Kuboku” DQİDK və “Odlar Yurdu” təşkilatı tərəfindən təşkil olunub.
“Biz H.Əliyevin müxtəlif dini icma rəhbərləri ilə görüşlərinin tez-tez şahidi olurduq. Eks-prezidentin dinlər arasında qarşılıqlı hörmətin yaradılmasında da xidmətləri olub. Məsələn, əgər Bibi Heybət məscidi təmir olunurdusa, onunla yanaşı kilsə və sinaqoqlar da təmir edilirdi ki, bu da diskriminasiya və narazılıqların yaranmasına yol vermir”, - deyə o əlavə edib.
E.İsgəndərov əlavə edib ki, H.Əliyev siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda məscid, kilsə və sinaqoqlar bərpa edilir.
“Demək olar ki, bu ibadətxanaların açılışında Prezident özü şəxsən iştirak edir. Bununla yanaşı, dövlətin dini icmalara maliyyə yardımı ayırması, onların fəaliyyətinin genişləndirilməsi üçün şəraitin yaradılması hökumətin dini sahəyə diqqət və qayğısına parlaq nümunədir”, - deyə o vurğulayıb.
Turnirin finalında Məşədi Dadaş məscidinin (Bakının Nəsimi rayonu) və İmam Rza (Bakının Binə qəsəbəsi) məscidinin komandaları görüşüblər. Binə qəsəbəsinin komandası 4:3 hesabı ilə qələbə çalıb.
Sabah H.Əliyevin 90 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirdə qaliblərə diplom və hədiyyələr təqdim ediləcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət