ATƏT Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlayır və onun sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri artırmağa çalışır. Bu barədə ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş bəyan edib.
Parlamentin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, J.Suareş Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə bildirib ki, ATƏT Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir.
O.Əsədov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya siyasəti yürütməyə başlayıb. O deyib ki, Avropa qurumları ilə əməkdaşlıq Azərbaycan qanunvericiliyində köklü islahatlar aparmağa imkan verib.
ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olduğunu qeyd edən spiker münaqişənin öz ədalətli həllini tapması, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün ATƏT-in münaqişənin həllinə yönəlmiş səylərinin artırılmasını arzu etdiyini söyləyib.
Qonağa Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verən O.Əsədov bildirib ki, neft gəlirlərinin səmərəli istifadəsi və həyata keçirilən enerji layihələri yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına imkan verib.
Spiker hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını söyləyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət