Milli Məclis çərşənbə axşamı Amnistiya Aktını qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Amnistiya Aktı haqqında qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya məxsusdur.
“Amnistiya 9 mindən artıq məhkumu əhatə edir. Onlardan 2 mindən artıq şəxs azadlığa buraxılacaq. Ümid edirəm ki, azadlığa çıxan şəxslər səhvlərini anlayacaq və bir daha onları təkrarlamayacaqlar”, - deyə M.Əliyeva bəyan edib.
Azərbaycanın birinci xanımı qeyd edib ki, böyük siyasətçi Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
“Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və iradəyə malik insan idi. O, azərbaycançılıq və dövlətçilik istiqamətində böyük işlərlə yadda qalıb. Heydər Əliyev eyni zamanda çox mərhəmətli və humanist insan idi. O, adi insanlarla münasibətdə çox səmimi və sadə idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında ədalətsizlik, satqınlıq və xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdi. Lakin o, 1993-cü ildə Azərbaycan prezidenti seçilərək bu adamların böyük əksəriyyətini bağışladı. Bu, Heydər Əliyevin bağışlamaq qabiliyyəti idi. Bu gün müzakirə olunan Amnistiya Aktı da əslində bağışlamaq deməkdir”, - deyə o vurğulayıb.
M.Əliyevanın sözlərinə görə, H.Əliyevin 90 illik yubileyi ilə bağlı belə bir qanunun qəbul edilməsi böyük rəmzi xarakter daşıyır.
“İnanıram ki, bağışlamaqla, xoş niyyətlə, mərhəmətlə bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür”, - deyə Azərbaycanın birinci xanımı qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin bildirdiyi kimi, amnistiya 9 mindən artıq şəxsə, yəni Azərbaycanda cəza çəkənlərin üçdə bir hissəsinə şamil olunur.
Amnistiya Aktı haqqında qanun layihəsi 114 səslə yekdilliklə qəbul edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət