Bакı Bаnкlаrаrаsı Vаlyutа Birjаsı (BBVB) və “AtaSığorta” şirkətin Birja Elektron Ticarət Sisteminin ("BEST") “MONEY-MARKET” pul bazarında iştirakı haqqında müqavilə imzalayıb. Bu barədə birjanın məlumatında deyilir.
Müqaviləni BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və "AtaSığorta"nın İdarə Heyətinin sədri Müseyib Əliyev imzalayıblar.
Pul bazarı seqmentində əməliyyatlar və hesablaşmalar “BEST sistemində pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsi üzrə əməliyyatların müvəqqəti aparılma qaydaları”, “BEST sistemində hərracların təşkili və hesablaşmaların aparılması reqlamenti”, “Mütəşəkkil pul bazarının kredit bölməsində BBVB-nin ticarət sessiyası çərçivəsində bağlanmış kredit və depozit əqdləri üzrə hesablaşmaların müvəqqəti aparılma qaydaları”, “MONEY-MARKET” maliyyə alətlərinin spesifikasiyası” əsasında həyata keçirilir.
"AtaSığorta” “Atəşgah” və “Buta Sığorta” şirkətlərindən sonra analoji müqavilənin imzalandığı üçüncü şırkətdir.
Birja Elektron Ticarət Sistemi (Bourse E-system of Trades) - birja xidmətlərinin göstərilməsində universallıq prinsipi əsasında qurulan sistemdir. Bu gün sistem valyuta riskləri və bankların qısamüddətli likvidliyinin kompleks şəkildə idarə edilməsində müasir platforma rolunu oynayır. BEST Azərbaycan banklarına həm xarici valyuta ilə əməliyyatlar aparmağa, həm də mütəşəkkil banklararası kredit bazarında aktiv fəaliyyətə imkan verir.
“AtaSığorta” şirkəti fəaliyyət üçün lisenziyanı 2004-cü ilin sentyabr ayında alıb. Şirkətin yeganə səhmdarı “AtaHolding”dir. Şirkətin ödənilmiş nizamnamə kapitalı 6,6 mln. manata bərabərdir. Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biri olan “AtaSığorta” 26 sığorta növü üzrə xidmət göstərir.
2013-cü ilin I rübü ərzində şirkətin sığorta haqları 2 mln. 93,829 min manat, ödənişləri 506,798 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət