Milli Məclis İnzibati Xətalar Məcəlləsinə müxtəlif növ pozuntulara görə inzibati həbs müddətinin sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri müzakirə edəcək.
Qeyd olunan düzəlişlər mayın 14-də parlamentin plenar iclasında müzakirə olunacaq.
Belə ki, təklif olunan düzəlişlərə əsasən, İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsində yalnız müstəsna hallarda inzibati xətaların ayrı-ayrı növlərinə görə tətbiq olunan inzibati həbs müddətinin 15 gündən üç aya qədər artırılması nəzərdə tutulur.
Döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati həbs müddətinin 15 gündən iki aya qədər artırılması nəzərdə tutulur (İXM, maddə 38-1).
Azərbyacn Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə inzibati həbs müddətinin 15 gündən iki aya qədər artırılması nəzərdə tutulur (maddə 68-1).
Xırda talama (maddə 69), o cümlədən, nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə (maddə 152) görə inzibati həbs müddətinin 15 gündən bir aya qədər artırılması nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati həbs müddətinin 15 gündən bir aya qədər artırılmasını nəzərdə tutur (maddə 152-1).
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati həbs müddətinin 5 gündən 15 günədək artırılması nəzərdə tutulur. Analoji xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə inzibati həbs müddətinin 15 gündən 1-2 ayadək artırılması planlaşdırılır.
Avtoxuliqanlığa görə inzibati həbs müddətinin 5-10 gündən 15-30 günədək və 10-15 gündən bir-iki ayadək artırılması nəzərdə tutulur (maddə 296-1).
Toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasına görə inzibati həbs müddətinin 15 gündən iki aya qədər (maddə 298), polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamağa görə 15 gündən bir aya qədər artırılması nəzərdə tutulur (maddə 310).
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər barəsində inzibati həbs müddətinin 10 gündən bir aya qədər artırılması nəzərdə tutulur (İXM, maddə 313-1).
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət