Milli Məclisin spikeri Oqtay Əsədov azərbaycanlı şərqşünas alim Xalidə Xalidin İranda həbs edilməsi ilə əlaqədar məsələnin araşdırılmasına yardım etmək xahişi ilə İran parlamentinin sədri Əli Laricaniyə müraciət göndərməyə hazırlaşır.
“Mən bu məsələnin həllinə yardım etməsi xahişi ilə İran parlamentinin spikerinə müraciət edəcəyəm”, - deyə O.Əsədov çərşənbə axşamı Milli Məclisin plenar iclasında bəyan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri iclasdan məlumat verib.
Deputat Fazil Mustafa X.Xalidin İranda həbsi ilə əlaqədar narahatlıq ifadə edib. O vurğulayıb ki, İran tərəfinin azərbaycanlı alimin ünvanına səsləndirdiyi casusluqla bağlı ittihamlar tamamilə əsassızdır.
“Bu, İran hökumətinin əsassız olaraq Azərbaycan vətəndaşlarını saxladığı, sonradan bunu öz məqsədləri üçün istifadə etdiyi ilk hadisə deyil. Biz vətəndaşlarımızı daha fəal qorumalı və bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara müraciətlər ünvanlamalıyıq. İran hökuməti tərəfindən saxlanılan azərbaycanlı qadının hüquqlarının müdafiəsi məqsədilə səyləri əsirgəməməliyik”, - deyə parlament üzvü bəyan edib.
Milli Məclisin deputatı Zahid Oruc isə diqqəti son bir ay ərzində İranın müxtəlif internet resurslarında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məlumatların dərc edilməsi faktına yönəldib.
“İranın müxtəlif, eləcə də hökumətə yaxın olan internet saytlarında bəzi parlament üzvlərinin bəyanatları dərc olunur. Onlar Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Həmin şəxslər bəyan edirlər ki, Türkmənçay müqaviləsi onları təhqir edir, tarixi yenidən araşdırmaq lazımdır”, - deyə parlament üzvü qeyd edib.
O vurğulayıb ki, bu məsələ Azərbaycan tərəfini narahat etmir.
“Digər tərəfdən, Gülüstan müqaviləsinin imzalanmasının 200 illiyi yaxınlaşır. Bu səbəbdən bu məsələ ilə bağlı ciddi ictimai müzakirələrin aparılması zərurəti var”, - deyə Z.Oruc bildirib.
Z.Orucun çıxışına münasibət bildirən Milli Məclisin spikeri onu təxribatlara uymamağa çağırıb.
“Siz təcrübəli millət vəkilisiniz və anlamalısınız ki, bütün bunlar təxribatdır, boş söhbətlərdir, onlara uymaq olmaz. Mən Gülüstan sülh müqaviləsini eşidəndə içimdən yanıram”, - deyə O.Əsədov bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət