Naxçıvan Muxtar Respublikası (MR) BMT-nin Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrdə uğurla iştirak edir. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Brukla görüşdə belə deyib.
“BMT-nin Azərbaycan nümayəndəliyi 1993-cü ildən fəaliyyət göstərir, ötən müddət ərzində BMT və ölkəmiz, o cümlədən Naxçıvan MR arasında müxtəlif sahələr üzrə əlaqələr uğurla inkişaf edir”, - deyə V.Talıbov qeyd edib. O vurğulayıb ki, BMT-nin Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə 130-dan artıq layihə icra edilib. Həyata keçirilən birgə layihələrin əməkdaşlığın gələcək perspektivləri baxımından əhəmiyyətli olduğunu qeyd edən Ali Məclisin sədri qarşılıqlı əlaqələrin bundan sonra da davam edəcəyini bildirib.
A.Bruk təmsil etdiyi təşkilatla Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əməkdaşlığın məmnunluq doğurduğunu vurğulayıb, fəaliyyəti dövründə bu əlaqələrin inkişafı istiqamətində səyini artıracağını qeyd edib.
Görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət