“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev ilə müsahibəsi
- Yaxın vaxtlarda Yunanıstanın baş naziri Andonis Samarasın Azərbaycana səfəri gözlənilir. Azərbaycan tərəfi ilə görüşlər zamanı hansı məsələlərin müzakirəsi nəzərdə tutulub?
- Yunanıstanın baş nazirinin Bakıya səfəri bu həftənin sonunda baş tutacaq. Siyasi, ticari-iqtisadi və investisiya sahələrində ikitərəfli əməkdaşlığın aktual məsələləri danışıqların mərkəzində olacaq. Qeyd edim ki, bu gün xarici investisiyaların cəlb edilməsi Yunanıstan hökumətinin qarşısında duran başlıca vəzifədir və bu kontekstdə Azərbaycana böyük diqqət ayrılır.
Əlbəttə ki, danışıqlarda Yunanıstanın və ümumilikdə regionun enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri mühüm yer tutacaq. Bildiyiniz kimi, Yunanıstan Cənub Dəhlizi çərçivəsində rəqabət aparan iki layihədən birinin – “TAP”ın tranzit ölkəsidir və təbii ki, Azərbaycan qazının məhz bu marşrutla nəqlində maraqlıdır.
- Azərbaycan və Yunanıstan arasında hər hansı sahədə əməkdaşlığa dair sazişlər imzalanmaq üçün hazırlanırmı?
- Hazırda iki ölkə arasında müqavilə-hüquq bazası müxtəlif sahələrdə əməkdaşlığa dair 18 sazişdən ibarətdir. Daha 13 sənəd müzakirə mərhələsindədir, onların əksər hissəsi isə Yunanıstan tərəfindədir. Ümid edirik ki, bu sənədlər yüksək səviyyəli rəsmi səfərlər çərçivəsində imzalanmaq üçün işlənib başa çatdırılacaq
- Bu məsələ ilə əlaqədar daha hansı səfərlər gündəmdədir?
- Azərbaycan Prezidenti və xarici işlər naziri Yunanıstana rəsmi səfər etmək dəvəti alıblar. Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun üzvlərinin Yunanıstana cavab səfəri də gündəmdədir. Bu səfər Yunanıstan tərəfindən bir neçə dəfə təxirə salınıb.
Bundan başqa, mayın 29-da Bakıda açılacaq II Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Yunanıstanın böyük nümayəndə heyəti dəvət olunub. Ümid edirik ki, Bakıya səfər və forumun plenar iclaslarında iştirak qonaqlarımıza Azərbaycanın müasir reallıqları ilə daha yaxından tanış olmağa imkan yaradacaq, eləcə də ikitərəfli humanitar əməkdaşlığın bundan sonra daha da inkişafına xidmət edəcək.
- Azərbaycan və Yunanıstan arasında enerji sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?
- İki ölkə arasında enerji sahəsində əməkdaşlıq bir neçə aspektdən ibarətdir. Birincisi, bu, neft tədarüküdür. Bunun hesabına 2012-ci ildə qarşılıqlı ticarətin həcmi 800 milyon ABŞ dollarından artıq təşkil edib. İkincisi, alternativ enerji mənbələri sahəsində əməkdaşlıqdır. Yunanıstan şirkətləri Azərbaycanda artıq bir neçə layihə həyata keçiriblər. Bu sahədə əməkdaşlığın inkişafına dair planlar da var.
- Azərbaycan səfirliyinin gələcəkdə Yunanıstan tərəfi ilə humanitar sahədə əməkdaşlığın inkişafı ilə bağlı hansı planları var?
- İlk növbədə qeyd edim ki, humanitar əməkdaşlıq münasibətlərimizin strukturunda ən dinamik inkişaf edən sahədir. Son üç il ərzində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin fəal dəstəyi ilə Yunanıstan auditoriyasının ölkəmizin musiqisi, kinematoqrafiyası və incəsənəti ilə tanış olması, gənclər və idman sahələrində konkret layihələrin həyata keçirilməsi istiqamətində böyük işlər görülüb.
Bu il biz Bakı və Saloniki şəhərlərinin müasir incəsənət muzeyləri arasında əyani tərəfdaşlıq qurmağı, “Azərbaycan incəsənəti əsrlər boyunca” sərgisini, o cümlədən payızda Yunanıstanın bir neçə şəhərində Azərbaycan Gəncləri Günləri keçirməyi planlaşdırırıq.
Bundan başqa, bu yaxınlarda Gənclər və İdman Nazirliyi ilə Olimpiya oyunlarının vətənində yerləşən Beynəlxalq Olimpiya Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandum gənclərimizə olimpiya fənləri üzrə ixtisaslaşdırılmış təhsil almaq imkanı verəcək və ümumilikdə idman və olimpiya hərəkatı sahələrində bir çox digər layihələrin həyata keçirilməsində hüquqi baza rolunu oynayacaq.
- Bakı-Afina-Bakı birbaşa aviareysinin açılması ikitərəfli münasibətlərin inkişafında hansı rol oynaya bilər?
- Ümid edirik ki, mayın sonunda birbaşa aviareysin açılması ilə turistlərin və iş adamlarının qarşılıqlı səfərlərinin sayı əhəmiyyətli dərəcədə artacaq. Bununla da ölkələrimiz və xalqlarımız arasında humanitar və ticari-iqtisadi əlaqələr kifayət qədər genişlənəcək.
- İki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsini ümumilikdə necə qiymətləndirirsiniz?
- Bu gün ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir və dinamik inkişaf edir. Ən əsas da odur ki, bu münasibətlər həm siyasi və iqtisadi, həm də humanitar sahələri əhatə etməklə hərtərəfli xarakter daşıyır. Biz Yunanıstanı AB və NATO-nun mühüm üzvü, Balkan regionunda nüfuzlu oyunçu hesab edirik. Yunanlar isə Azərbaycanı Qafqaz regionunun əsas ölkəsi, Avropa və Mərkəzi Asiya arasında mühüm əlaqələndirici halqa kimi qiymətləndirirlər. Lakin qarşılıqlı maraqdan başqa, bizi, həmçinin mədəni birlik də bağlayır. Bütün bu amillər Azərbaycan-Yunanıstan münasibətlərinin gələcəkdə hərtərəfli inkişafı üçün əlverişli zəmin yaradır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət