Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstana dəstək göstərməkdə davam edəcək. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın NATO-dakı səfiri Xəzər İbrahim məlumat verib.
“2014-cü ildən sonra Əfqanıstandan bütün qüvvələr çıxarılmayacaq. Sadəcə olaraq onlar başqa vəzifələri yerinə yetirəcəklər. Missiyanın adı və mahiyyəti dəyişəcək: Əfqanıstanda İSAF əvəzinə “Resolute Support” həyata keçiriləcək. Yəni bir missiyanı digəri əvəz edəcək. 2014-cü ildən sonra İSAF Əfqanıstanda fəaliyyət göstərməyəcək”, - deyə X.İbrahim vurğulayıb.
O qeyd edib ki, “Resolute Support” missiyasının əsas mahiyyəti Əfqanıstan qüvvələri üçün təlim-tədris və yardımın təşkil olunmasıdır”. “Bütün təhlükəsizlik sektoru nəzərə alınır: polis, silahlı qüvvələr və onların təlimi. İkincisi, onlara dəstək göstərməkdir. Digər tərəfdən, bu, ərazilərin minalardan təmizlənməsi, idarəetmə üzrə müxtəlif təlim kursları, avadanlıq tədarükü ola bilər”, - deyə X.İbrahim bildirib.
Onun sözlərinə görə, Azərbaycan Əfqanıstana bu yardımı tək göstərməyəcək. “Azərbaycan 2014-cü ildən sonra Əfqanıstanda qalacaq NATO-nun səkkiz tərəfdaş ölkəsindən biridir”, - deyə X.İbrahim qeyd edib.
Diplomat bildirib ki, hazırda Əfqanıstandan bütün yüklərin 35%-i Azərbaycanın hava məkanı vasitəsilə daşınır. “Azərbaycanın hava məkanı açıqdır və ölkə onu Əfqanıstan üçün bağlamağı planlaşdırmır”, - deyə o bildirib.
Onun sözlrinə görə, Bakı-Tiflis-Qars dəmir yolu və Azərbaycanda beynəlxalq dəniz limanının istifadəyə verilməsi Əfqanıstanla yük daşımaları imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
“Hava məkanından başqa yük daşımaları üçün yerüstü və dəniz marşrutlarının istifadəsi üzrə geniş imkanlar açılacaq”, - deyə X.İbrahim qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət