Səddam Hüseyn rejimi devrildikdən sonra İraq ərazisində 157 kütləvi məzarlıq aşkarlanıb.
“Təkcə bu il 18 kütləvi məzarlıq aşkarlanıb. Ümumilikdə onların sayı 157-yə çatıb”, - deyə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak Bakıda Kütləvi məzarlıqlar – şəhidlərin milli gününə həsr olunmuş mərasimdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
Diplomatın sözlərinə görə, aşkar edilmiş məzarlıqlarda çoxlu sayda kişi, qadın və uşaq basdırılıb. Bu gün İraqda baş vermiş kütləvi qətliamlar barədə ensiklopediyanın tərtib edilməsi üzərində iş gedir. Ensklopediya ingilis və fransız dillərinə tərcümə ediləcək.
“Hakim Baas partiyası rejimi tərəfindən İraq xalqına qarşı törədilən cinayətlər ciddi qanun pozuntusu, soyqrımdır. İstənilən hüquqi-nöqteyi nəzərdən görmək olar ki, heç bir məhkəmə qərarı olmadan insanlığa qarşı kütləvi surətdə həyata keçirilmiş bu cür cinayət ən vəhşi cinayətdir. Vicdansızlıqdır. Təəssüf ki, müasir İraq tarixində bu cinayətlər Səddam Hüseynin 1968-ci ildə hakimiyyəti zəbt etməsindən sonra başlayıb və 2003-cü ilə qədər davam edib”,- deyə H.Ə.Barrak bildirib.
Onun sözlərinə görə, 2003-cü ildə Səddam Hüseyn rejimi devrildikdən sonra bu rejimin törətdiyi cinayətlər bir-birinin ardınca üzə çıxmağa başladı.
2006-cı ildə yardılmış Federal İnsan Hüquqları Nazirliyi bu sahədə araşdırmalara və kütləvi məzarlıqların arxivləşdirilməsinə başlayıb. Başqa məzarlıqların olması ehtimal edilən yerlərdə axtarışlara başlanılıb”, - deyə o qeyd edib.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan xalqı və prezident İlham Əliyevin adından İraq xalqına dərin hüznlə başsağlığı verib.
“Bu, İraq tarixində hüznlü və yaddaşlara əbədi həkk olunan bir tarixdir. Öz həyatını vətəninin gələcəyi naminə qurban vermək böyük xoşbəxtlikdir. Azərbaycan dövləti və xalqı İraq xalqının öz xoşbəxt gələcəyi naminə apardığı mübarizəni hər zaman dəstəkləyib”, - deyə Ə.Abbasov bildirib.
O, İraq xalqının öz məqsədinə çatacağına, müstəqil və sarsılmaz İraq dövləti yaradacağına əminliyini ifadə edərək bu günün yalnız İraq xalqının deyil, bütün sülhsevər insanların yaddaşından silinməyəcəyini söyləyib.
“Anım mərasimində iştirak üçün bura toplaşanların məqsədi ümumi dostluq və insanlığı möhkəmləndiməkdir”, - deyə Ə.Abbasov bildirib.
Diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbirdə İraq xalqına qarşı repressiyalardan bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə dinc əhalinin kütləvi güllələnmə və basdırılma səhnələrini əks etdirən real görüntülərdən istifadə olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət