Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində İnformasiya Texnologiyaları Mərkəzinin tikintisi üçün podratçı seçir. Bu barədə ƏMDK-nın elanında bildirilir.
Seçimdə iştirak etmək istəyən şirkətlər təkliflərini iyulun 5-nə qədər təqdim etməlidirlər. Tender proseduru elə həmin gün keçiriləcək.
Tenderdə iştirak haqqı 200 manat və ya $250 təşkil edir.
Xəbər verildiyi kimi, 2007-ci ilin mart ayında Dünya Bankının Direktorlar Şurası “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə Azərbaycana $30 mln. məbləğində kredit verilməsini təsdiq edib. Layihənin məqsədi daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəlı qeydiyyat sistemini təmin etməkdir. Layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti $8 mln. ayıracaq.
Layihə 4 komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı – bu, mülkiyyət hüququnun qeydiyyatı sahəsində müştərilərə daha effektiv xidmətlər göstərilməsini və online rejimdə avtomatlaşdırılmış sistemlərin tətbiqini təmin edəcək; dövlət mülkiyyətinin idarə edilməsinin yaxşılaşdırılması; geodezik yeniliklərin tətbiqi; treninqlərin keçirilməsi.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət