Azərbaycan Amerika şirkətləri ilə əməkdaşlığa ümid etdiyi yeni inkişaf istiqamətləri açır. Bu barədə Prezident İlham Əliyev çərşənbə günü Bakıda “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunun açılışında bəyan edib.
“Biz yeni inkişaf istiqamətləri açırıq və Amerika şirkətlərini bu sahələrdə əməkdaşlıq imkanlarını öyrənməyə dəvət edəcəyik”, - deyə dövlət başçısı bildirib.
O, Azərbaycanda çoxlu sayda xarici şirkətlərin fəaliyyət göstərməsindən məmnunluq ifadə edib. Prezident qeyd edib ki, “əməkdaşlıq potensialı daha çoxdur, çünki qarşılıqlı fəaliyyət imkanları genişlənir”.
İ.Əliyev regionda həyata keçirilən layihələrdə ABŞ-ın rolunu vurğulayıb.
“ABŞ-ın dəstəyi olmadan regional enerji layihələrinin həyata keçirilməsi mümkün olmazdı”, - deyə Prezident bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan bir neçə layihədə iştirak edir.
“Biz Azərbaycanın təşəbbüskarı olduğu Cənub Enerji Dəhlizi üzrə avropalılarla çalışırıq”, - deyə dövlət başçısı söyləyib.
Onun sözlərinə görə, Azərbaycan neft və qazdan əldə olunan gəlirləri qeyri-neft sektorunun inkişafına, neft kapitalının insan kapitalına çevrilməsinə sərf edir.
Azərbaycanın əsas əməkdaşlıq istiqamətləri barədə məlumat verən Prezident bəyan edib ki, NATO ilə əməkdaşlıq prioritetlərdən biridir.
“Biz tərəfdaşlarımızla birgə Avroatlantik strukturlarla əməkdaşlıq qururuq. Eyni zamanda biz islam dünyasında böyük nüfuza malikik. Digər tərəfdən, Azərbaycan Avropa Şurasının üzvüdür. Beləliklə, biz bir növ körpü rolunu oynayırıq”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev məlumat verib ki, cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu isə bir daha Azərbaycanın tolerantlıq nümunəsi olduğunu nümayiş etdirəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət