Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov beynəlxalq aləmin Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında olması faktına laqeyd münasibətini anlamır.
“Baxın, dünya nə vəziyyətdədir! Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal altında saxlamaqda davam edir, Ermənistan rəhbərliyi Xocalı soyqrımında şəxsən iştirak etməsini Avropa Şurasında açıq şəkildə bəyan edir. XXI əsrdə bu necə ola bilər?!”, - deyə deputat bu gün Bakıda keçirilən “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunda çıxışı zamanı bildirib. O, beynəlxalq hüququn norma və prinsiplərinin işləməməsini təəssüflə qeyd edib.
“Necə olur ki, Liviya və Suriya ilə bağlı qətnamələr ləngidilmədən yerinə yetirilir, Qarabağa dair qətnaməyə isə 20 ildən çoxdur əməl edilmir?”, - deyə Z.Əsgərov sual verib.
O, ABŞ və Avropa ölkələri ilə tərəfdaşlığın bəhrə verməməsini təəssüf hissi ilə qeyd edib.
“Biz beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsindən başqa heç nə istəmirik. Lakin ATƏT-in Minsk Qrupu yaradılandan heç bir nəticə əldə edilməyib. Çünki ədalətli münasibət göstərilmir: işğalçını və işğala məruz qalanı tərəzinin eyni gözünə qoyurlar. Bu, ağlasığmazdır. Beynəlxalq hüquq bizimlə baş verənlərə göz yumur, ancaq lazım gələndə bu normalardan uğurla istifadə edilir”, - deyə Z.Əsgərov vurğulayıb.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi ölkələrdən biri olan Rusiya 1997-ci ildən Ermənistanı silahlandırır.
“Biz dəfələrlə soruşmuşuq ki, siz vasitəçi olaraq buna necə yol verirsiniz? Təəssüf ki, belə cavabsız suallar çoxdur. Bu belə olmamalıdır, çünki bu, təkcə Azərbaycanın deyil, ABŞ və digər ölkələrin də problemidir”, - deyə deputat söyləyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət