Arizona ştatının Senatı plenar iclasda Azərbaycan-ABŞ strateji tərfdaşlığını dəstəkləyən qətnamə qəbul edib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun cümə günü yaydığı məlumatda bildirilir.
Bu, Arizona Senatının Azərbaycan barədə qəbul etdiyi ilk qətnamədir.
Senatorların yekdilliklə qəbul etdiyi qətnamədə Qarabağın Azərbaycana məxsus olması, ABŞ və BMT-nin respublikamızın ərazi bütövlüyünü və suverenliyini tanıması bildirilir.
Bundan başqa, qətnamədə 95 il bundan öncə müsəlman aləmində ilk demokratik respublikanın Azərbaycan xalqı tərəfindən yaradılması qeyd olunaraq, bir çox ölkələrədən, o cümlədən ABŞ-dan öncə məhz bu respublikada qadınlara səsvermə hüququnun verildiyi vurğulanır.
Sənəddə qeyd olunur ki, Azərbaycan müstəqilliyini yenidən qazandığı son 22 ildə öz suverenliyini möhkəmləndirərək dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Bildirilir ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir.
Sənəddə ABŞ-la Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur. Vurğulanır ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqidir. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir. Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndiirlir.
Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusilə vurğulanır.
Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət