Azərbaycan böyük həcmdə enerji resursları ehtiyatlarına malikdir. Buna baxmayaraq, ölkə qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verir. Bu barədə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan edib.
“Azərbaycan öz resurslarını xaricə tədarük edərək Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”, - deyə E.Aslanov bazar ertəsi “Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neftdən sonrakı iqtisadiyyatı” mövzusunda Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafına böyük əhəmiyyət verilir.
“Azərbaycan coğrafi baxımdan Qərblə Şərqin arasında yerləşir və özündə Asiya və Avropa sivilizasiyasını birləşdirir. Ölkəmizdə sinaqoqlar, kilsələr azad şəkildə fəaliyyət göstərir. Qədim dini obyektlər təmir və bərpa edilir”, - deyə E.Aslanov qeyd edib.
Prezident Administrasiyasının nümayəndəsinin sözlərinə görə, Azərbaycanın malik olduğu potensial regionda sülhün, sabitliyin və rifahın təmin olunması məqsədilə istifadə olunur. Lakin buna Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması əngəl törədir.
“Bizim strategiyamız işğal olunmuş torpaqların azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması və regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olunmasına yönəlib. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarına dair dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan Qarabağla bağlı status-kvonun qorunub saxlanmasına yönəlmiş qeyri-konstruktiv mövqenin tərəfdarıdır”, - deyə E.Aslanov vurğulayıb.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bəyan edib ki, Azərbaycan iqtisadiyyatı sürətli templərlə inkişaf edir. Bunun sayəsində respublika artıq inkişaf etmiş ölkələr klubuna daxil olub.
“Biz respublikada meşə massivlərinin qorunmasına böyük diqqət ayırırıq. Son səkkiz il ərzində ölkədə bu istiqamətdə stabil inkişaf prosesi müşahidə edilir. Son illər ərzində meşələrin ərazisi 11,4%-dən 11,8%-dək artıb”, - deyə o vurğulayıb. Nazir qeyd edib ki, ekoloji məsələlər bəşəriyyətin gələcəyi nöqteyi-nəzərindən mühümdür.
Tədbir çərçivəsində gələcəyin iqtisadiyyatına enerji dəstəyi, neftdən sonrakı iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının strateji rolu, sintetik biologiya məsələləri və nanotexnologiyalara həsr olunmuş panellər keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət