Azərbaycanın ehtiyatları bir neçə ildən sonra böyük investisiyalar vasitəsilə enerji təchizatı sabitliyini təmin edə biləcək. Bu barədə ABŞ prezidenti Barak Obamanın bu gün Bakıda işə başlayan XX Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinə ünvanladığı və ABŞ səfiri Riçard Morninqstar tərəfindən təqdim olunan məktubunda deyilir.
B.Obama bu amilin Azərbaycanın müstəqilliyinin və energetika sahəsində iqtisadi inkişafının möhkəmlənməsinə kömək edəcəyini söyləyib.
Böyük Britaniyanın baş naziri Devid Kemeron da sərgi iştirakçılarına məktub ünvanlayıb.
“Azərbaycanın enerji ehtiyatları yaxın illərdə Avropa və dünya iqtisadiyyatında çox vacib rol oynayacaq”, - deyə D.Kemeronun məktubunda qeyd olunur.
“Prezident İlham Əliyevi və Azərbaycan xalqını Bakıda keçirilən XX Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi münasibəti ilə təbrik etmək istəyirəm. Mən Böyük Britaniya və Azərbaycan arasında kommersiya əlaqələrinə əsaslanan möhkəm ikitərəfli münasibətlərin davam etməsini alqışlayıram”, - deyə məktubda qeyd edilir.
D.Kemeronun sözlərinə görə, həmçinin 2013-cü il “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması üçün vacib il olacaq. Eləcə də Avropaya boru kəmərinin son marşrutu ilə bağlı bir sıra vacib qərarların qəbul olunacağı il olacaq.
“Mərkəzi Asiya qazının Avropaya daşınması üçün mühüm yollardan biri olan “Cənub Qaz Dəhlizi” layihəsinin tam reallaşdırılması üzərində işləmək lazımdır. Və mən bu ambisiyaların reallığa çevriləcəyinə əminəm”, - deyə D.Kemeron bildirib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün fəaliyyətinin 20 illiyini qeyd edən XX Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin açılışında iştirak edirlər.
Sərgidə dünyanın 28 ölkəsindən neft-qaz yataqlarının mənimsənilməsi və servis xidmətləri sahəsində fəaliyyət göstərən 386 şirkət iştirak edir.
Sərgi iyunun 7-nə qədər davam edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət