“Akkreditasiya haqqında” qanun layihəsi Prezident Administrasiyasının ekspertizasına təqdim edilib. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) beynəlxalq əlaqələr üzrə məsul işçisi Rəhimə Quliyeva cümə günü Bakıda Beynəlxalq Akkreditasiya Gününə həsr olunmuş beynəlxalq seminarda məlumat verib.
“Qanun layihəsi artıq Prezident Administrasiyasına təqdim edilib və biz ümid edirik ki, tezliklə Milli Məclisdə qəbul ediləcək. Sözügedən sənəd AB və SMPDK tərəfindən reallaşdırılan twinning layihəsi çərçivəsində hazırlanıb və Amerika ekspertlərinin iştirakı ilə təkmilləşdirilib. Bu qanun layihəsinin qəbul edilməsi akkreditasiya sahəsinin inkişafında yeni mərhələ olacaq”, - deyə R.Quliyeva bildirib.
Qanun layihəsi akkreditasiya sahəsində əsas prinsipləri, ümumi tələbləri, milli akkreditasiya orqanlarının iş prinsiplərini, akkreditasiya prosedurlarını və beynəlxalq əməkdaşlığın standart və əsaslarını müəyyən edir.
“Bundan başqa, SMPDK akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Xüsusilə komitə bu sahədə İordaniya, Türkiyə, Tacikistan və digər ölkələrlə sazişlər imzalayıb”- deyə R.Quliyeva əlavə edib.
SMPDK yanında Dövlət Akkreditasiya Xidmətinin (DAX) rəhbəri Ramin Babayev bildirib ki, DAX fəaliyyətə başladığı bir il ərzində ( 2012-ci il aprelin 4-ü - İF-Az) beynəlxalq standartların tələblərinə uyğun 13 çeşid mal və xidməti, 10 idarəetmə sistemini, 3 fərdi sertifikasiya orqanını, 10 təftiş orqanını, o cümlədən 163 sınaq və 18 kalibrləmə laboratoriyasını akkreditasiya edib.
O, AzTEST laboratoriyasının akkreditasiya sahəsində əməkdaşlıq üzrə beynəlxalq təşkilata müşahidəçi qismində qəbul edilməsini nailiyyətlərdən biri olduğunu vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət