Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq Azərbaycan-Belarus qrant müsabiqəsinin nəticələrini elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Fondun icraçı direktoru Elçin Babayev Azərbaycan və Belarusun elmi kollektivləri tərəfindən işlənmiş yeddi fundamental tətbiqi xarakterli tədqiqat işinin qalib gəldiyini bildirib. Bu layihələrin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılacaq.
Bu layihələr fizika-riyaziyyat və texnika elmləri, həmçinin humanitar və ictimai elmlər sahələrini əhatə etməklə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Milli Aviasiya Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda, Azərbaycan Texniki Universitetində və Bakı Slavyan Universitetində yerinə yetiriləcək.
Müsabiqə 2012-ci ilin sentyabr ayında Minsk şəhərində Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında imzalanmış əməkdaşlığa dair beynəlxalq sazişə əsasən keçirilib. Müsabiqənin keçirilməsi barədə elan bu ilin yanvar ayında verilib.
İyul ayında qalib gəlmiş layihələrin maliyyələşdirilməsinə başlanılacaq.
İclasda bildirilib ki, Elmin İnkişafı Fondu qarşıdan gələn yaxın dövrdə Koreya Milli Tədqiqatlar Fondu, Rusiya Fundamental Tədqiqatlar Fondu, ABŞ-da yerləşən “Qarabağ” fondu, Almaniyanın Berlin Humboldt Universiteti, Ukrayna Milli Texniki Universiteti, Türkiyənin Erciyes Universiteti və digər qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirməyi planlaşdırır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət