Milli Məclisin sədri Oqtay Əsədov TürkPA-nın 5-ci ildönümünə həsr olunmuş 4-cü plenar sessiyada iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlardan Əhliman Əmiraslanov, Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ülvi Quliyev, Çingiz Qənizadə, İqbal Ağazadə, Çingiz Əsədullayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Spikerin rəhbərliyi ilə deputatlarımız təşkilatın Şurasının və plenar sessiyasının iclaslarında iştirak edəcəklər. Şuranın iclasında Qırğızıstan tərəfinin təşkilata sədrliyi dövründə görülən işlər, sədrliyin Türkiyə təmsilçisinə təhvil verilməsi, qurumun Beynəlxalq Katibliyinin ötənilki fəaliyyəti və növbəti il üçün büdcə layihəsinin təsdiqi, o cümlədən təşkilati məsələlər müzakirə olunacaq.
TürkPA-nın 4-cü plenar sessiyasında O.Əsədov qurumla bağlı İstanbul razılaşmasının 5-ci ildönümü ilə əlaqədar çıxış edəcək, təşkilatın bu günü və gələcək fəaliyyət istiqamətləri barədə öz fikirlərini açıqlayacaq.
Ankaraya səfər çərçivəsində Milli Məclis dədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.
Tədbirdə iştirak edən nümayəndə heyətimizin üzvləri təşkilatın Beynəlxalq əlaqələr, Sosial, mədəni, humanitar məsələlər, İqtisadi, ticarət və maliyyə məsələləri, o cümlədən Hüquqi məsələlər üzrə komissiyalarının işində iştirak edəcək, müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.
TürkPA-nın 5-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində milli parlamentlərin Aparat rəhbərlərinin görüşü də nəzərdə tutulub. Görüşdə parlamentlər arasında əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və birgə seminarların təşkili məsələləri nəzərdən keçiriləcək.
Səfər iyunun 11-də başa çatacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət