Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Bakı Teleqraf” SC-nin səhmlərinin 97,38%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
Komitənin elanına əsasən, 400,05 min səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı beynəlxalq standartlara uyğun rabitə xidmətlərinin təşkilini nəzərdə tutmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 530 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 30 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2013-cü il iyulun 8-dək qəbul ediləcək, iyulun 10-da isə qiymətləndiriləcək.
“Bakı Teleqraf” SC Bakının Səbail rayonunda yerləşir. Hazırda müəssisədə 15 nəfər çalışır.
2013-cü il mayın 1-nə olan vəziyyətə görə, müəssisənin nizamnamə kapitalı 821,654 min manat təşkil edib və bir qiymətli kağızın nominal dəyəri 2 manat olan 410,827 min səhmə bölünüb.
2013-cü il mayın 1-nə SC-nin öhdəlikləri olmayıb, debitor borcları isə 213,77 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət