Azərbaycan qardaş Fələstin xalqının müstəqil dövlətinin yaradılmasını qətiyyətlə dəstəkləyir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı donor konfransında açılış nitqində bəyan edib.
“Biz əminik ki, yaxın vaxtlarda Fələstin dövləti BMT-nin üzvü olacaq”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan Fələstini bütün beynəlxalq təşkilatlarda hər zaman dəstəkləyib. “Biz bu məsələ ilə bağlı mövqeyimizi birmənalı olaraq bildirmişik - Azərbaycan qardaş Fələstin xalqının müstəqil dövlətinin yaradılmasını qətiyyətlə dəstəkləyir”, - deyə o vurğulayıb.
“Fələstin xalqının uzun zamandır üzləşdiyi bütün çətinliklərə baxmayaraq, o, böyük uğurlar əldə edə bilib - UNESCO onu tamhüquqlu üzv kimi qəbul edib, BMT-də müşahidəçi stasusu almaq isə tarixi nailiyyətdir. “Azərbaycan hökuməti paytaxtı Şərqi Qüds olmaqla öz müstəqil dövlətini yaratmaqda qardaş Fələstin xalqını dəstəklədiyini bir daha rəsmi şəkildə bəyan edir”, - deyə o söyləyib.
Nazir deyib ki, Qüds şəhərinin Strateji İnkişaf Planı sabit inkişaf sahəsini əhatə edir və nəticə olaraq müqəddəs şəhərdə tarixi-mədəni irsi mühafizə edir, planda əks etdirilmiş layihələr Şərqi Qüdsün Fələstinin paytaxtı olaraq yenidən qurulmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. “Hesab edirəm ki, hər kəs bu fikirlə razıdır ki, şəhərin islami simasının qorunması bütün islam ümməti üçün müqəddəs və qürurverici bir vəzifədir. Bununla əlaqədar olaraq Azərbaycan sosial və infrastruktur yönümlü layihələr irəli sürməklə və həyata keçirməklə Qüds şəhərinin Strateji Sektor Planının reallaşdırılmasına öz töhfəsini vermək qərarına gəlib”,- deyə XİN başçısı bildirib.
E.Məmmədyarov nitqində Azərbaycan ərazisinin beşdə bir hissəsinin Ermənistanın işğalı altında olmasını, işğalçı dövlətin Azərbaycan xalqına qarşı etnik təmizləmə apardığını xatırladıb. Nazirin sözlərinə görə, bunun nəticəsində bu gün Azərbaycanın hər doqquzuncu vətəndaşı qaçqın və ya məcburi köçkündür. “Biz İƏT üzvlərinə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də bu məsələ ilə bağlı tutduqları sarsılmaz mövqeyə görə minnətdarıq”, - deyə E.Məmmədyarov əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət