Minsk yaxın vaxtlarda Bakıdan kredit almağı planlaşdırmır. Bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən bildirib.
“Lakin mən tarixə nəzər salmaq və bir zamanlar Belarusun çətin günlər yaşadığını xatırlatmaq istərdim. Bu çətinliklər bizim təqsirimiz üzündən deyil, xarici amillərlə, hər hansı iqtisadi-maliyyə problemləri və münasibətləri ilə bağlı idi, biz Azərbaycana müraciət etdik və Azərbaycan bir neçə gün ərzində bizə müvafiq kreditin verilməsi barədə qərar qəbul etdi. Biz bu dəstəyi, kömək göstərməyə hazır olmasını qiymətləndiririk, inanın, biz də hər zaman Azərbaycan üçün etibarlı tərəfdaş olacağıq”, - deyə Belarus XİN başçısı çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.
2013-cü ilin payızında Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərinin planlaşdırıldığını söyləyən V.Makey əlavə edib ki, səfərin dəqiq tarixi diplomatik kanallarla razılaşdrılacaq.
O, “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən söyləyib ki, bu məsələ bir gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə olunub.
“Dünən biz cənab prezidentlə bu məsələni də müzakirə etdik. Cənab prezident ticarət- iqtisadi əməkdaşlığa dair bir sira perspektiv layihələrin hazırlanmasına göstəriş verdi. Bu layihələr ikitərəfli ticarət-iqtisadi əlaqələrin gələcəkdə genişlənməsinə və dərinləşməsinə xidmət edə bilərdi. Birgə istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı sahələrinə aid konkret layihələr mövcuddur, mən prezidentin gəlişi ərəfəsində bu layihələr barədə qabaqcadan danışmaq istəmirəm, lakin demək istərdim ki, Belarusun müvafiq nazirlik və müəssisələri azərbaycanlı tərəfdaşları ilə çox məhsuldar əməkdaşlıq edəcəklər”, - deyə V. Makey əlavə edib.
Onun sözlərinə görə, Belarus tərəfi Azərbaycan XİN başçısı Elmar Məmmədyarovu Minskə səfərə dəvət edib.
Belaruslu nazir həmçinin “İnterfaks-Azərbaycan” agentliyinin qarşılıqlı mal dövriyyəsinin inkişafı, XİN-lərarası ikitərəfli siyasi məsləhətləşmələrin aparılmasına dair suallarını cavablandırıb.
“Siyasi məsləhətləşmələrə gəlincə, biz bu barədə cənab prezident və cənab nazirlə danışmışıq.Biz bütün səviyyələrdə - nazirliklər, müəssisələr, müxtəlif şirkətlər, iş adamları arasında və əlbəttə, ən yüksək səviyyədə dialoq aparılmasına tərəfdarıq. Konkret olaraq ölkələrimizin Xarici İşlər nazirlikləri arasında dialoqa gəlincə, biz prezidentlərin görüşünə qədər 2014-2015-ci illər üçün XİN-lərarası məsləhətləşmələrə dair plan hazırlamaqla bağlı razılığa gəlmişik və ola bilsin ki, prezidentlərin görüşü çərçivəsində belə bir plan imzalansın. Bizim Azərbaycan XİN-lə çox sıx əlaqələrimiz var”, - deyə V.Makey vurğulayıb.
Belarus XİN başçısının sözlərinə görə, 2012-ci ilin yekunlarına əsasən, iki ölkə arasında qarşılıqlı mal dövriyyəsinin həcmi $220 mln.-dan çox olub.
“Bu ilin birinci rübünün yekunlarına əsasən, biz bir qədər irəliləmişik və buna görə mən hesab edirəm ki, ola bilsin ki ötən ilin göstəricilərini də üstələyəcəyik”, - deyə nazir qeyd edib.
Belarus parlamentində Xocalı soyqrımının tanınması məsələsinə baxılması mümkünlüyü ilə bağlı jurnalistlərin sualını cavablandıran nazir qeyd edib ki, Minsk prinsipial olaraq Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həllinə tərəfdardır.
“Biz bu məsələnin siyasi həllinə tərəfdarıq. Biz 90-cı illərdə Belarusun təşəbbüsü ilə yaradılmış ATƏT-in Minsk Qrupunun işi çərçivəsində hər iki tərəfin qəbul edəcəyi siyasi həllin tapılmasını istəyirik”,- deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət