Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çərşənbə axşamı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşü zamanı bəyan edib.
Parlament komitəsinin sədri vurğulayıb ki, bəzi texniki məsələlər həll olunduqdan sonra öhdəliklərin qalan hissəsi də yerinə yetiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.
S.Seyidov qeyd edib ki, Azərbaycan Avropa strukturları ilə əməkdaşlığa xüsusi önəm verir, Avropaya inteqrasiya olunmaq istiqamətində siyasət yürüdür və ölkə daxilində demokratik proseslərin inkişafına çalışır.
P.Aqramunt və C.Qrex həmçinin Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüblər. Rəhbərlər AŞPA-nın həmməruzəçilərinə ölkənin ictimai-siyasi həyatı, qanunyaratma prosesində iştirakları barədə məlumat veriblər.
Söhbət zamanı Azərbaycan və Avropa Şurası arasında münasibətlər, monitorinq prosesi, Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri, Ermənistan-Azərbaycan münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşdə həmməruzəçilərə məlumat verilib ki, qanun layihələri hazırlandığı zaman parlamentdə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin təklif və rəyləri nəzərə alınaraq layihəyə daxil edilir. Bir sıra qanun layihələrinin hazırlanması zamanı AŞPA mütəxəssisləri ilə məsləhətləşmələr aparılır.
Milli Məclisdə keçirilən görüşlər zamanı P.Aqramunt vurğulayıb ki, Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir və AŞPA Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Həmməruzəçi qeyd edib ki, AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və rəsmi Bakı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət