Azərbaycan parlamenti “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydası və sahibkarların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsini iyul ayına qədər qəbul etməyi nəzərdə tutur. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə belə söyləyib.
“Biz iyun ayının sonuna qədər bu qanun layihəsini parlamentdə qəbul etməyi planlaşdırırıq (üçüncü, sonuncu oxunuşda - İF-Az), - deyə Z.Səmədzadə çərşənbə günü Bakıda III Vergi konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu qanun layihəsi çox aktualdır. “Hazırda Azərbaycanda innovativ iqtisadiyyata, vergi sisteminin təkmilləşdirilməsinə əsaslanan yeni iqtisadi münasibətlər formalaşır”,- deyə o əlavə edib.
Xəbər verildiyi kimi, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydası və sahibkarların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.
Qanun layihəsinə əsasən, sahibkarlıq subyektlərində yoxlamalar üç risk qrupuna əsasən aparılacaq. Sahibkarların risk qruplarına aid edilməsində aşağıdakı amillər nəzərə alınacaq; sahibkarın bu sahədə fəaliyyət müddəti; sahibkar tərəfindən məhsul istehsalının xüsusiyyətləri; sahibkarlıq subyektində bundan əvvəlki yoxlamaların nəticələri və s.
Sahibkarlıq subyektlərində yoxlamalar plan üzrə və plandankənar ola bilər.
Layihədə plan üzrə yoxlamaların sayında məhdudiyyətlər müəyyən olunub. Xüsusilə yüksək risk qrupuna daxil olan sahibkarlar ildə bir dəfədən, orta risk qrupuna daxil olan sahibkarlar iki ildə bir dəfədən, aşağı risk qrupuna aid olanlar üç ildə bir dəfədən tez olmayaraq yoxlana bilərlər.
Aparılan bütün yoxlamaların uçotu elektron formada həyata keçirilməlidir. Bundan başqa, bütün yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Bununla yanaşı, yoxlama aparan orqanlar bu yoxlamalar barədə hər il hesabat hazırlamalıdırlar.
Layihəyə əsasən, yoxlama aparan orqanlar noyabrın 1-nə qədər növbəti il üçün elektron formada yoxlamaların aparılma planını hazırlamalı və onu müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Sənəd plan üzrə və plandankənar yoxlamaların aparılma müddətini müəyyən edir.
Bununla yanaşı, sənəddə yoxlamaların müəyyən müddətə dayandırıla biləcəyi hallar nəzərdə tutulub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət