Opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri Ispaniya dövlətinin rəsmi mövqeyini əks etdirmir. Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin rəsmi Bakının etiraz notasına cavabında bildirilir.
Cavabda vurğulanır ki, İspaniya Azərbaycanın ərazi bütövlüyü prinsipini tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
Cari ayın əvvəlində M.Kabalye Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və burada konsert proqramı ilə çıxış edib. Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Notada qeyd olunur ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsi ilə əlaqədar M.Kabalyeyə gələcəkdə Azərbaycan vizası verilməyə bilər.
Azərbaycanın rəsmi mövqeyinə əsasən, ölkənin işğal olunmuş ərazilərinə səfər edən xarici vətəndaşlar qara siyahıya düşürlər və arzuolunmaz şəxs elan olunurlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət