2013-cü ilin yanvar-may aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 14 mlrd. 149,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,4% artıb, neft sektorunda isə 0,8% azalıb.
Məhsulun 74,3%-i mədənçıxarma bölməsində, 19,5%-i emal bölməsində, 5,6%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Mədənçıxarma bölməsində məhsul istehsalı 1,6% azalıb, 18,1 mln. ton neft, 7,4 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub.
Emal bölməsində məhsul buraxılışı 8,8% artıb, o cümlədən qida məhsulları istehsalı 5,5%, içki istehsalı 9,4%, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 51,5%, kağız və karton istehsalı 3,7%, poliqrafiya fəaliyyəti 72,4%, neft məhsulları istehsalı 11,5%, kimya sənayesi məhsulları istehsalı 3,4%, əczaçılıq məhsulları istehsalı 51,3%, tikinti materialları istehsalı 25,7%, metallurgiya sənayesi məhsulları istehsalı 20,5%, kompüter və digər elektron avadanlıqları istehalı 21,8%, avtomobil və qoşquların istehsalı 25,4%, sair nəqliyyat vasitələri istehsalı 98,2%, mebel istehsalı 9,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri 45,9% artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 0,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 4,2% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət