2013-cü ilin yanvar-may aylarında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 45,6% - 1 mlrd. 533 mln. 99,6 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider olub. Bu investisiyaların həcmi 643 mln. 357,2 min manat və ya bütün investisiyaların 42%-ni təşkil edib (artım 30,7%).
ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 194 mln. 554,8 min manat həcmində olub (artım 3,9%).
Bundan başqa, yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına Norveç şirkətləri 161 mln. 28,5 min manat (artım 2,4 dəfə), Yaponiya şirkətləri 149 mln. 41,5 min manat (artım 22,2%), Çexiya şirkətləri 99 mln. 828,9 min manat (artım 2,6 dəfə), Türkiyə şirkətləri 90 mln. 136,3 min manat (artım 69,7%), Fransa şirkətləri 45 mln. 327,7 min manat (artım 1,8 dəfə) məbləğində investisiya qoyuluşları həyata keçirib.
Hesabat dövründə beynəlxalq təşkilatlar arasında Dünya Bankı 51 mln. manat (artım 43,6%), Asiya İnkişaf Bankı 22 mln. 308,3 min manat (azalma 1,9%), İslam İnkişaf Bankı 1 mln. 86,3 min manat, Avropa Şurası 280,5 min manat məbləğində investisiya qoyuluşları həyata keçirib.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət