Amerikanın Azərbaycandakı Ticarət Palatası (AmCham Azerbaijan) Milli Məclis tərəfindən qəbul edilmiş Miqrasiya Məcəlləsindəki bir sıra maddələrlə bağlı ciddi narahatlıq ifadə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinə palatadan məlumat verilib.
AmCham Azerbaijan tərəfindən hazırlanmış və “İnterfaks-Azərbaycan” agentliyinə daxil olmuş Mövqe Sənədinə (position paper) əsasən, palata Azərbaycan hökumətinin miqrasiya və viza prosedurlarını bir sənəddə tənzimləmək niyyətini alqışlayır.
“Bununla yanaşı, yeni Miqrasiya Məcəlləsinin iqtisadiyyat, eləcə də biznes və investisiya mühitinə mənfi təsir göstərəcək bəzi maddələri bizdə ciddi narahatlıq doğurur”, - deyə sənəddə vurğulanır.
Palata hesab edir ki, Miqrasiya Məcəlləsi layihəsi miqrasiya və viza normalarının subyekti olacaq ümumi ictimaiyyəti və biznes ictimaiyyətini kifayət qədər məlumatlandırmadan qəbul edilib.
Bununla əlaqədar olaraq AmCham Azerbaijan Mövqe Sənədində göstərilmiş bir sıra tövsiyələri nəzərə almağı təklif edir.
"Amcham Azerbaijan tövsiyə edir ki, yeni Məcəlləyə, eləcə də Gömrük, Cinayət və Mülki məcəllələrə düzəlişlər dərhal deyil, bir neçə ay sonra edilsin. Bundan əlavə, palata Məcəllənin 16, 17, 26, 28, 47.9, 51.5, 66, 61.2, 63.5, 64.0.8, 75-ci maddələri bağlı narahatdır və bu maddələrə yenidən baxılmasını tövsiyə edir”, - deyə Mövqe Sənədində bildirilir.
Palatanın rəyinə əsasən, bu maddələrə düzəlişlərin edilməməsi Azərbaycanı qapalı və dünya biznes sisteminə açıq olmayan ölkə kimi səciyyələndirilməsi ilə nəticələnəcək. “Beləliklə də illərlə ölkənin sərmayələr üçün cəlbediciliyinin artırılması istiqamətində atılmış addımlar və görülmüş tədbirlər ciddi təhlükə altına atılacaq”, - deyə sənəddə vurğulanır.
Palatanın qiymətləndirmələrinə əsasən, bu maddələrdəki bəndlər işçi vizaların alınması prosedurlarını çətinləşdirir, xarici vətəndaşların biznes vizalar almaq üçün müraciət etmək, eləcə də xarici işçi qüvvəsi cəlb etmək imkanlarını məhdudlaşdırır. Bundan əlavə, Məcəllədə göstərilən bəndlər xarici işçilər cəlb edən şirkətlər üçün də bir sıra digər problemlər yaradır.
Ötən həftə Milli Məclis Miqrasiya Məcəlləsini üçüncü, sonuncu oxunuşda qəbul edib. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin yürüdülməsi normalarını müəyyənləşdirir, bu sahədə münasibətləri, eləcə də Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə əlaqədar normaları tənzimləyir.
Məcəllədə nəzərdə tutulub ki, viza əsasında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla 90 gündən artıq ola bilməz.
Ölkədə üç gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi ölkəyə gəldiyi vaxtdan üç gün ərzində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Məcəllənin qüvvəyə minməsi üçün onun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq olunması lazımdır.
AmCham Azerbaijan iqtisadiyyatın vergiqoyma, sığorta, maliyyə, bank işi və s. sahələrində fəaliyyət göstərən 240-dan çox yerli və xarici şirkəti birləşdirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət