ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçılarının G-8 iclası çərçivəsində səsləndirdikləri Qarabağ münaqişəsinə dair bəyanat Azərbaycanın mövqeyini əks etdirir.
“Biz dəfələrlə bildirmişik ki, Azərbaycanın mövqeyi beynəlxalq birliyin mövqeyinə uyğundur, bu isə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçılarının bəyanatında öz əksini tapıb”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Bakıda mətbuat konfransında bəyan edib.
“Azərbaycan dəfələrlə bəyan edib ki, status-kvo yolverilməzdir və regionun gələcəyi onun dəyişdirilməsindən asılıdır”, - deyə o əlavə edib.
E.Abdullayevin sözlərinə görə, əgər həmsədr ölkələr münaqişənin ədalətli nizamlanmasından danışırsa, o zaman bu, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində olmalıdır.
“Dünya birliyi bu əraziləri Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Əgər biz ədalətin bərpa olunmasından danışırıqsa, qeyd etmək lazımdır ki, bu ədalət işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasından, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasından ibarətdir”, - deyə o vurğulayıb.
Bununla yanaşı, E.Abdullayev bildirib ki, Azərbaycan dəfələrlə qeyd edib ki, “əgər söhbət münaqişənin nizamlanmasının hansısa elementlərindən gedirsə, onlar münaqişənin nizamlanması çərçivəsində öz həllini tapmalıdır”.
“Rusiya, Fransa və ABŞ prezidentləri tamamilə düzgün qeyd edirlər ki, hərbi gücdən istifadə indiki şəraitdə qarşıdurmaya və sabitliyin pozulmasına səbəb ola bilər. Qarşıdurmanın, qeyri-sabitliyin və təhlükəsizliyə təhdidin aradan qaldırılması üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Gücdən istifadə etməmə prinsipi Ermənistan tərəfindən artıq pozulub. Ərazilərimiz işğal altındadır”, - deyə E.Abdullayev bəyan edib.
O, həmçinin vurğulayıb ki, əgər Ermənistan gələcəkdə sülh şəraitində yaşamaq istəyirsə, o zaman işğalçı siyasətindən əl çəkməlidir.
“Ermənistanın hazırkı siyasəti regionda sülhə təhdidə yönəlib. İrəvanın fəaliyyətindən görmək olar ki, o hər vəchlə status-kvonu saxlamağa çalışır”, - deyə o bildirib.
“Biz dəfələrlə münaqişəni yol xəritəsi əsasında həll etməyi təklif etmişik. Lakin əfsuslar olsun ki, Ermənistan Azərbaycanın və həmsədr ölkələrin təkliflərini qəbul etmir. Bunun əyani sübutu kimi İrəvanın 2009-cü ildən etibarən yenilənmiş Madrid prinsiplərini qəbul etmək istəmədiyini göstərmək olar”, - deyə XİN-in rəsmi nümayəndəsi əlavə edib. E.Abdullayevin sözlərinə görə, bununla əlaqədar yüksək səviyyəli görüşlərdə irəliləyişlərə nail olunmayıb. Azərbaycan tərəfi isə yenilənmiş Madrid prinsiplərini ilk gündən baza sənədi kimi qəbul edib.
“Həmsədrlər İrəvanı konstruktiv mövqe tutmağa vadar etmək üçün Ermənistana təzyiq göstərməlidirlər. Əks halda Ermənistan destruktiv siyasətini davam etdirəcək. Münaqişənin nizamlanması prosesinin uzadılmasını yolverilməz hesab edirik”, - deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət