Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2011-2014-cü illərdə Azərbaycanla əməkdaşlıq strategiyası çərçivəsində respublikada layihələrin həyata keçirilməsi üçün 70 mln. avro məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu barədə QDTİB-in prezidenti Andrey Kondakov cümə axşamı Bakıda mətbuat konfransında bildirib.
“Azərbaycanla 2011-2014-cü illəri əhatə edən əməkdaşlıq strategiyasına əsasən, biz respublikada 8 layihənin həyata keçirilməsinə 90 mln. avro ayırmağı planlaşdırmışıq. Lakin indiki strategiya çərçivəsində 10 layihə üzrə 70 mln. avronun ayrılmasını artıq təsdiq etmişik”, - deyə A.Kondakov “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında söyləyib.
Onun sözlərinə görə, hazırda bankın Azərbaycanda layihələr üzrə aktiv portfeli QDTİB-in kredit portfelinin 10%-ni təşkil edir.
Bununla yanaşı, o qeyd edib ki, bankın fəaliyyət dövrü ərzində QDTİB Azərbaycanda layihələrin reallaşdırılmasına 103 mln. avro ayırıb.
A.Kondakov əlavə edib ki, energetika, nəqliyyat, istehsalat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyinin təminatı QDTİB-in Azərbaycanda kreditləşdirdiyi prioritet istiqamətlərdir.
O vurğulayıb ki, bankın səhmdarlarının 21-23 iyun tarixlərində Bakıda keçiriləcək ümumi yığıncağı və biznes forum çərçivəsində QDTİB Azərbaycanın 4 kredit idarəsi ilə kreditlərin verilməsi barədə saziş imzalamağı planlaşdırır. “Bu vəsaitlər kiçik və orta sahibkarlığın kreditləşməsinə yönəldiləcək”, - deyə bankın prezidenti qeyd edib. Lakin A.Kondakov bank tərəfindən bu sazişlər çərçivəsində ayrılacaq kredit vəsaitlərinin ümumi həcmini dəqiqləşdirməyib.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət