Azərbaycan və Qazaxıstan ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensiala malikdir. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev belə hesab edir.
“2012-ci il ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 42,8% artıb. Hazırda ölkədə Qazaxıstan kapitalı ilə 37 şirkət uğurla fəaliyyət göstərir. Öz növbəsində, təkcə Qazaxıstanın qərbində Azərbacan kapitalı ilə 46 şirkət qeydiyyatdan keçib”, - deyə Ş.Mustafayev çərşənbə günü Aktauda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda bildirib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında qeyd edilir.
Nazir vurğulayıb ki, Azərbaycan və Qazaxıstan ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlara malikdir və biznes forumların keçirilməsi əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Azərbaycan və Qazaxıstan dövlətlərarası və hökumətlərarası səviyyədə iqtisadiyyatın 20-dən artıq sahəsini əhatə edən 90-dan çox ikitərəfli sənəd imzalayıb.
Biznes forumda Azərbaycan və Qazaxıstanın sənaye, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən 250-dən artıq iş adamı iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət