Azərbaycan vətəndaşları prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov cümə axşamı YAP-ın Qaradağ rayon şöbəsinin ilkin ərazi təşkilatlarının sədrləri ilə görüşdə bəyan edib.
“Növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycanın bütün vətəndaşlarının rəyinin ifadəsi oldu”, - deyə Ə.Əhmədov vurğulayıb.
Onun sözlərinə görə, İ.Əliyevin 10 illik prezidentliyi dövrü ərzində respublikanın inkişafı istiqamətində böyük iş görülüb. Azərbaycan vətəndaşlarının fəaliyyətdə olan prezidentin namizədliyini dəstəkləməsi onların dövlət başçısının yürütdüyü siyasətə etibarının göstəricisidir.
“Azərbaycan 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Ölkə iqtisadiyyatı üç dəfə artıb. Əgər 10 il bundan əvvəlki və bugünkü Azərbaycanı müqayisə etsək, o zaman respublikada baş vermiş böyük dəyişikliklərin şahidi olarıq”, - deyə Ə.Əhmədov qeyd edib.
Partiya sədrinin müavininin sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət vətəndaşların sosial rifahının yüksəldilməsini, mərkəz və regionların inkişafını nəzərdə tutur.
“Dövlət başçısı tərəfindən həyata keçirilən modernləşdirmə siyasəti Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrdən birinə çevrilməsinə yönəlib”, - deyə Ə.Əhmədov bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət