Dünən Şəmkir şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) təşəbbüsü ilə əlil uşaqların problemlərinə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Statistik məlumatlara əsasən, Şəmkir rayonunda sosial müavinət alan 18 yaşadək 1,025 min əlil uşaq yaşayır. Real faktların statistika ilə üst-üstə düşməməsi hallarına tez-tez rast gəlinir, çünki əlil uşaqların ailələri çox vaxt bu faktı gizlədirlər, valideynlər bununla bağlı kompleks hiss edirlər”, - deyə UAFA-nın Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Gülnarə Pənahova bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar ayında Prezidentin Ehtiyat Fondundan reabilitasiya mərkəzinin yaradılması üçün ümumilikdə 2 mln. manat vəsait ayrılıb.
Nümayəndəliyin rəhbəri qeyd edib ki, təşkilatın məqsədi dövlət himayəsində olan uşaqların sayının azaldılması, dövlət müəssisələrində əlil insanlara qayğının səviyyəsinin yüksəldilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin inkişaf etdirilməsidir.
“Valideynlər ailədə əlilliyi olan uşaqlarına düzgün yanaşmalıdırlar, onları xəstə kimi deyil, cəmiyyətin tamhüquqlu üzvü kimi qəbul etməlidirlər”, - deyə G.Pənahova vurğulayıb.
1998-ci ildən Azərbaycanda fəaliyyət göstərən UAFA Qeyri-Hökumət Təşkilatı uşaqların təhsil və sağlamlıq məsələlərini diqqət mərkəzində saxlayır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət