Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə diasporlarının səylərinin birləşdirilməsi və fəaliyyətinin əlaqələndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bəyan edib.
“Hesab edirəm ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə diasporlarının 450-dən artıq nümayəndəsinin iştirak etdiyi forum türk dünyasının birliyinin təmin olunması yolunda mühüm addımdır”, - deyə N.İbrahimov cümə günü jurnalistlərlə söhbət zamanı bildirib.
Onun sözlərinə görə, forumda türkdilli dövlətlərin diaspor təşkilatlarının gələcək birgə fəaliyyəti müzakirə olunacaq və bununla bağlı strategiya qəbul ediləcək.
“Bu, türk dünyası qarşısında duran aktual problem və vəzifələrin həlli məqsədilə gələcəkdə daha da birləşməyə kömək edəcək, türkdilli ölkələrin diaspor təşkilatlarının beynəlxalq nüfuzunun inkişafı və artmasına, onların birgə fəaliyyətinin əlaqələndirilməsinə imkan yaradacaq”, - deyə N.İbrahimov qeyd edib.
Komitə sədrinin sözlərinə görə, bu yaxınlarda müstəqillik əldə etmiş Azərbaycan üçün bu məsələ respublikanın reallıqları barədə dünya ictimaiyyətini məlumatlandırılması nöqteyi-nəzərindən böyük önəm kəsb edir.
“Bu məsələdə bizimlə ümumi türk köklərinə malik qardaşlarımızın yanımızda olması mühümdür”, - deyə o qeyd edib.
N.İbrahimov bu dəfə Bakıda Azərbaycan və Türkiyə diaspor nümayəndələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstan diaspor strukturlarının rəhbərlərinin də toplanması faktını böyük irəliləyiş adlandırırb.
“Bir neçə il öncə - 2007-ci ildə respublikada Azərbaycan və Türkiyə Diaspor Təşkilatları Rəhbərlərinin I Forumu keçirilib. Bu gün qazax və qırğız qardaşlarımız bizə qoşulublar”, – deyə o bəyan edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət