Milli Məclis cümə günü növbədənkənar sessiyanın plenar iclasında “Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında” Əsasnaməni təsdiq edib. Bu barədə “İntrerfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Əsasnamə barədə məlumat verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan və Rusiya arasında sərhədlərin demarkasiya komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.
Sənəd 15 may 2013-cü ildə Moskvada keçirilən Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının birinci iclasında imzalanıb.
İkigünlük iclasın yekunlarına görə komissiya mətbuat üçün bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, 14-15 may 2013-cü ildə Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının birinci iclası keçirilib. İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiya prosesini nizamlayan normativ-hüquqi sənədlərin razılaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.
Komissiya üzvləri qeyd ediblər ki, görüş mehriban qonşuluq və konstruktiv dialoq atmosferində keçib.
Birgə Komissiyanın növbəti iclası Azərbaycanda keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət