Milli Məclis bu gün Avropa Parlamenti tərəfindən iyunun 13-də qəbul edilmiş və Azərbaycanla bağlı tənqidi fikirlərin yer aldığı qətnaməyə dair etiraz bəyanatı qəbul edib.
“2013-cü il iyunun 13-də Avropa Parlamenti tərəfindən qəbul edilmiş Azərbaycana dair qətnamə ikitərəfli münasibətlərə zərbə vurur və tərəflər arasında əməkdaşlığın konstruktiv xarakterindən geriyə addım kimi qiymətləndirilir”, - deyə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun parlamentin növbədənkənar sessiyasının ikinci iclasında səsləndirdiyi bəyanatda bildirilir.
Onun sözlərinə görə, Azərbaycan 20 il əvvəl demokratik inkişaf yolu tutub və dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlarla bu əsaslarda qarşılıqlı əlaqələr yaradaraq qeyd olunan istiqamətdə müvafiq siyasət yürüdür.
“Azərbaycan Avronest Parlament Assambleyasının həmtəsisçilərindən biridir, bu təşkilat çərçivəsində tərəfləri narahat edən müxtəlif məsələlər müzakirə olunur. Buna görə də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və qətnamə qəbul etməsi anlaşılan deyil. Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, birtərəfli qaydada, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur”, - deyə Milli Məclisin bəyanatında qeyd edilir.
V.Ələsgərov Avropa Parlamentinin qəbul etdiyi sənədin Azərbaycanla Avropa qurumları arasında münasibətlərə kölgə saldığını və buna təəssüfləndiyini bildirib.
“Adları sənəddə çəkilən vətəndaşların konkret cinayətlər törətməkdə şübhəli bilinərək həbs edildiyini müəyyən etmək çətin deyil. Aparılan istintaq tədbirləri yeni təfərrüatları üzə çıxarıb. İstənilən halda bütün bu məsələlər məhkəmənin səlahiyyətinə daxildir və onların cinayət məsuliyyətinə cəlb edilməsi və ya azadlığa buraxılması məhkəmənin qərarından asılı olacaq”, - deyə Milli Məclisin bəyanatında vurğulanır.
Sənəddə deyilir ki, həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qanunun aliliyi prinsipinə ziddir”.
“Prezidentliyə namizədlərin həbs edilməsi ilə bağlı ittihamlara gəlincə, Azərbaycanda prezident seçkiləri kampaniyası hələ başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib. Hər hansı siyasi təşkilatın prezident seçkilərində iştirakını elan etməsi heç kimə törətdiyi qanuna zidd əməllərə görə cinayət məsuliyyətindən yayınmaq haqqı vermir”, - deyə V.Ələsgərov bildirib.
Milli Məclis tərəfindən qəbul edilmiş bəyanatda bildirilir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan dönməyə məcbur edə bilməz.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət