“Şahdəniz” konsorsiumu Trans-Adriatik qaz kəmərinin (Trans-Adriatic Pipeline, TAP) inşası layihəsini rəsmi olaraq “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın ixrac marşrutu elan edib. Bu barədə “BP-Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel cümə günü mətbuat konfransında məlumat verib.
“Azərbaycan artıq özünü etibarlı qaz tədarükçüsü kimi tanıdıb. Son iki il ərzində biz Azərbaycan qazının ixrac marşrutunu seçirdik və düzgün seçim etdik. “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qaz Trans-Adriatik qaz boru kəməri vasitəsilə Avropaya nəql olunacaq”, - deyə Q.Birrel bildirib.
Onun sözlərinə görə, hazırda “Şahdəniz” yatağından ildə 9 mlrd. kubmetr qaz hasil edilir. “Mərhələ-2” çərçivəsində 16 mlrd. kubmetr qaz hasil olunacaq, bunun 10 mlrd. kubmetri Avropaya nəql ediləcək.
“Azərbaycanda qaz ehtiyatları hələ artacaq, bu isə yeni interkonnektorların və qaz nəqli infrastrukturunun tikintisini tələb edəcək. Azərbaycan qazının Avropaya nəqlinin təmin edilməsi üçün $40 mlrd. məbləğində investisiya lazım olacaq”, - deyə Q.Birrel bildirib.
O əlavə edib ki, 2013-cü ilin sonuna kimi “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”nin maliyyələşdirilməsinə dair qərar qəbul ediləcək.
Xəbər verildiyi kimi, “Şahdəniz” konsorsiumu “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının ixracı üçün Trans-Adriatik qaz kəməri və “Nabucco West” boru kəməri layihələri arasında seçim edirdi. Marşrutun seçilməsi ilə bağlı son qərar 2013-cü ilin iyun ayının sonunadək qəbul edilməli idi.
Avstriyanın “OMV” şirkətinin çərşənbə günü yaydığı məlumatda deyilir ki, “Şahdəniz” “Nabucco Gas Pipeline International GmbH”in səhmdarı kimi “OMV”yə Avropaya qaz nəqli üçün üstünlük verilən marşrutla bağlı qərarını bildirib. “Nabucco West” layihəsi konsorsium tərəfindən seçilməyib.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
“Nabucco West” layihəsi “Nabucco” boru kəmərinin qısaldılmış variantıdır və Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinədək qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları “BP” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKOIL” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir. “Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci ilə nəzərdə tutulub. İllik hasilatın həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət