AzeriCard prosessinq mərkəzi "Bank Silk Way” və "Bank Respublika”nın onlayn ödəmə sisteminə qoşulması üzrə işləri başa çatdırıb. Bu barədə mərkəzin saytında məlumat verilir.
““Bank Respublika” AzeriCard prosessinq mərkəzi ilə birgə öz müştərilərinə kredit borclarını MobilBank vasitəsilə ödəmək imkanı yaradan “cari hesaba mədaxil” xidmətini təqdim edir”, - deyə məlumatda bildirilir.
“Bank Silk Way” AzeriCard prosessinq mərkəzi ilə birgə müştərilərə kredit borclarını ATM, bankın və AzeriCard-ın rəsmi səhifəsi vasitəsilə onlayn ödəmək imkanı yaradan “cari hesaba mədaxil” xidmətini təqdim edirlər. Onlayn rejimdə ödəniləcək məbləğ 3000 AZN-dən çox olmamalıdır .
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də təsis edilib. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - “KfW” bank qrupunun üzvü “DEG” İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “SIDT” (“25% + 1 səhm” həcmində səhm paketinə malikdirlər) var.
“Bank Respublika” Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.
“Bank Silk Way” ASC 2008-ci il yanvarın 25-dən fəaliyyət göstərir (əvvəllər “Azal Bank” - İF). Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.
AzeriCard Azərbaycan Beynəlxalq Bankına məxsusdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət