Hakim Yeni Azərbaycan Partiyası Rüstəm İbrahimbəyovu növbəti prezident seçkilərində İlham Əliyevlə rəqabət aparmaq iqtidarında olan namizəd hesab etmir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bəyan edib.
“Özünü Milli Şura adlandıran strukturdan vahid namizəd qismində irəli sürülən Rüstəm İbrahimbəyov daha əvvəl seçki marafonunda iştirak etmək arzusunda olduğunu bildirmiş digər namizədlər arasında sıradan biridir”, - deyə M.Qurbanlı Milli Şura tərəfindən çərşənbə axşamı 2013-cü ilin oktyabr ayında Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində dünya şöhrətli kinodramaturqun namizədliyinin irəli sürülməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu günə kimi bir neçə nəfər növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib. “Həmçinin bu gün özünü Milli Şura adlandıran struktur tərəfindən Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülüb, ancaq bu, bizdə narahatlıq doğurmur”.
“Biz seçki marafonunda siyasi müstəvidə açıq şəkildə rəqabət aparmağa qadir olan bütün namizədləri rəqib hesab edirik. Lakin məsələ onların hansı səviyyədə rəqabət apara bilməsində və hansı qüvvəyə malik olmasındadır”, - deyə M.Qurbanlı qeyd edib.
Partiya üzvünün sözlərinə görə, R.İbrahimbəyov seçki prosesinə qoşulan sıradan namizəddir.
“Rüstəm İbrahimbəyov İlham Əliyevlə üz-üzə durmağa və bizim namizədə siyasi marafonda hər hansı alternativi qarşı qoymağa qadir olmayan namizəddir. O, daha əvvəllər seçkilərdə iştirak etmək arzusunda olduğunu bildirmiş digər namizədlərdən heç nə ilə fərqlənmir. Mən bizə rəqib ola bilən namizədləri nəzərdə tuturam. Bu səbəbdən o, İlham Əliyevə rəqib hesab edilə bilməz”, - deyə M.Qurbanlı vurğulayıb.
O qeyd edib ki, R.İbrahimbəyovun adı ətrafında qəsdən yaradılan ajiotaj heç bir nəticə verməyəcək.
“Bizimlə rəqabət aparmaq istəyən digər namizədlər də var. Və o, bu namizədlərdən biridir. Və onun özünü Milli Şura adlandıran strukturu təmsil etməyi vəziyyəti dəyişmir. Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Milli Şuranın ətrafına müxtəlif partiyaları təmsil edən siyasətçilər toplaşıb. Həmin partiyalar əvvəllər də seçkilərdə vahid namizəd irəli sürüblər. Bu, 2003, 2008 və hətta 1998-ci ildə belə olub. Bu nöqteyi-nəzərdən R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ətrafında qəsdən ajiotajın yaradılması heç bir məntiqə sığmır. Bu məsələ ətrafında yaradılan səs-küy heç bir nəticə verməyəcək”, - deyə M.Qurbanlı bildirib.
Onun sözlərinə görə, hakim partiya üçün Milli Şuradan prezident seçkilərində kimin iştirak edəcəyi heç bir əhəmiyyət kəsb etmir.
“Partiyamız o qədər güclü, burada toplanan ziyalıların nümayəndələri isə o dərəcədə yaxşı tanınırlar ki, onların apardığı təşviqatı Milli Şura tərəfindən aparılan təşviqatla ümumiyyətlə müqayisə etmək olmaz. Əgər biz dağın başındayıqsa, onlar ətəyində durub və yalnız müşahidəçi mövqeyi tuta bilərlər. Bizim namizədlə onların namizədini eyni tərəziyə qoymaq olmaz”, - deyə YAP-ın icra katibinin müavini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilər açıq, azad, demokratik və şəffafdır.
"Yeni Azərbaycan Partiyası növbəti prezident seçkilərində partiyanın sədri, fəaliyyətdə olan dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürüb. Biz onun qələbəsinə şübhə etmirik Hesab edirik ki, bu gün Azərbaycan cəmiyyəti prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və müdafiə edir. Keçirdiyimiz sosioloji sorğular buna dəlalət edir”, - deyə M.Qurbanlı qeyd edib.
O vurğulayıb ki, son 10 il ərzində ölkədə böyük işlər görülüb, respublika ÜDM-i üç dəfə artıb, xalqın rifahı yaxşılaşıb, beynəlxalq arenada dövlətin mövqeyi güclənib.
“Belə şəraitdə prezident İlham Əliyev öz siyasətini davam etdirməlidir və xalq bunu istəyir”, - deyə M.Qurbanlı vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət