Azərbaycanda kriminogen durum başqa ölkələrlə müqayisədə çox müsbətdir. Bu barədə daxili işlər naziri Ramil Usubov Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.
“Artıq neçə illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 20 ildə orta hesabla 220-yə bərabər olmaqla, əksər dünya ölkələri ilə müqayisədə faizlə yox, dəfələrlə azdır”,- deyə o bildirib.
Onun sözlərinə görə bu dövrdə cinayətlərin illik orta açılması 90 faizdən yuxarı olub, 23 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 82 mindən artıq təqsirləndirilən şəxs tutularaq istintaqa və yaxud da ədalət məhkəməsinə verilib. Əllərdə qanunsuz saxlanılan 41 min odlu silah yığılıb, onun tətbiqi ilə törədilən cinayətlərin sayı 9 dəfə azalıb. Həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərin nəticəsi olaraq, qeydə alınan hüquqazidd əməllərin yalnız 10 faizə qədəri ağır və xüsusilə ağır cinayətlər olub.
Nazir qeyd edib ki, ötən 20 ildə cinayətkarlıqla mübarizə zamanı 91 polis əməkdaşı həlak olub, 2221 nəfər yaralanıb.
“Dahi öndərin 1994-cü il avqustun 9-da “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” imzaladığı Fərman ilə ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyulub. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əllərdə olan on minlərlə odlu silah və sursat yığılıb. Yüzlərlə cinayətkar dəstə zərərsizləşdirilıb. 1994-1996-cı illərdə bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişlərinin qarşısı alınıb”, - deyə o xatırladıb.
“Respublikada asayişin mühafizəsi sahəsində baş verən müsbət dəyişiklikləri o dövrün cinayətkarlığının statistikası da tam aydınlığı ilə əks etdirir. 1992-ci illə müqayisədə 2002-ci ildə cinayətlərin açılması 67 faizdən 95 faizə yüksəlib. Ümumi cinayətlərin sayı 31%, bağlı qalmış cinayətlər isə 13 dəfə azalıb”, - deyə nazir vurğulayıb.
DİN-in maddi-texniki bazasının təkmilləşdirilməsi məsələsinə toxunana nazir bildirib ki, 1993-2013-cü illər ərzində ümumi dəyəri 220 milyon manat olan 223 obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Həmin müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 16 sərəncam imzalanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət