Qarabağ münaqişəsinin nizamlanması üzrə proseslərin hazırkı gedişi münaqişənin sülh yolu ilə həllinə olan ümidləri azaldır. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə bəyan edir.
“Təəssüf ki, münaqişənin nizamlanması ilə məşğul olan həmsədr ölkələrin nümayəndələri indiyə qədər hər hansı irəliləyişə nail ola bilməyiblər. Bunun da öz səbəbləri var. Şəxsən mən hesab edirəm ki, proseslərin indiki axarı ilə davamı münaqişənin sülh yolu ilə həllinə olan ümidlərimizi azaldır”, - deyə N.Məmmədov Londonda keçirilən “Günün siyasi gündəminin formalaşması: Avropa kontekstində Britaniya-Azərbaycan münasibətləri” mövzusunda forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesinin gedişi ilə bağlı narahatlıq doğuran bir sıra amillər var. Bu, münaqişənin ATƏT-dən başqa digər təşkilatlarda müzakirə edilməməsi, həmsədrlərin bəyanatlarının beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsinə əsaslanmaması və bu məsələ ilə bağlı son zamanlar verilən bəyanatların belə müxtəlif beynəlxalq təşkilatların 5-6 il əvvəl qəbul etdikləri müxtəlif sənədlərlə əks olunan məsələlərdən fərqlənməsidir.
Bundan başqa, N.Məmmədov deyib ki, çox vaxt bir sıra ölkələr Azərbaycana qarşı qərəzli mövqe tutur. “Bəzi təşkilat və hökumət qurumlarının hesabatlarında Azərbaycanda demokratiya və insan haqlarının pozulduğu barədə fikirlər yer alır. Bununla belə bu hesabatlarda 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulduğu barədə heç nə deyilmir”, - deyə o qeyd edib. Bununla yanaşı, şöbə müdiri Avropa Parlamentinin Azərbaycana qarşı yönəlmiş qətnaməsinin 754 parlamentaridən cəmi 15-20 nəfərinin dəstəyi ilə qəbul edildiyini xatırladıb.
“Statistika göstərir ki, son 3 ayda Britaniya mətbuatında özünü bloqqer kimi təqdim edən iki gənc azərbaycanlının cinayətkar əməlləri ilə əlaqədar Azərbaycan haqqında gedən tənqidi materialların sayı son 20 ildə Qarabağ problemi haqqında yazılan məqalələrdən çoxdur”, - deyə o qeyd edib.
N.Məmmədov bəyan edib ki, Bakı qərəzli və ədalətsiz tənqidin, eləcə də respublikaya qarşı seçici yanaşmanın əleyhinədir. Onun sözlərinə görə, Qərbin Azərbaycana qarşı münasibətini ədalətli və əsaslı adlandırmaq çətindir. “Belə siyasətdən nəticə gözləməyə ehtiyac yoxdur, çünki o, uzunmüddətli əməkdaşlığa və münasibətlərə qətiyyən kömək etmir”, - deyə N.Məmmədov vurğulayıb.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
Yelo Bank-ın daxili futbol çempionatı yekunlaşdı
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət