Əgər Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa, İrarın bəzi əyalətlərinin sakinləri Azərbaycan ordusunun sıralarında dayanacaqlar. Azad Qarabağ Uğrunda Alyansın nümayəndəsi Rövşən Əhmədli cümə günü mətbuat konfransında belə bəyan edib.
“İran nümayəndələri bizi əmin ediblər ki, Azərbaycanın hərbi əməliyyatlara başlamasını səbirsizliklə gözləyirlər, o zaman Ərdəbil və Təbriz sakinləri işğal edilmiş torpaqların azad edilməsi üçün Azərbaycan ordusu ilə bir sırada dayanacaqlar”,- deyə R.Əhmədli bildirib.
Mətbuat konfransı Azad Qarabağ Uğrunda Alyansın nümayəndələrinin iyun ayında İrana baş tutmuş səfərinin yekunlarına həsr olunub.
R.Əhmədlinin sözlərinə görə, İranda əmindirlər ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına vasitəçilik edən ATƏT bu problemi həll etməyəcək.
“ATƏT Dağlıq Qarabağda status-kvonu qanuniləşdirməyə və bu yolla da Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistana verməyə çalışır”, - deyə o vurğulayıb.
“R.Əhmədli “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib ki, “alyans üzvlərinin İrana səfəri çərçivəsində aparılmış danışıqlarda bu ölkənin ali dini lideri Əli Xameneyinin nümayəndələri Qarabağın müsəlman torpağı olmasını və Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıblar”.
“Görüşlərdə qeyd edilib ki, əgər bu münaqişə yalnız Bakı və İrəvan arasında olsaydı, o zaman Azərbaycan 24 saat ərzində öz torpaqlarını işğaldan azad edərdi”, - deyə R.Əhmədli bildirib.
O deyib ki, bütün görüşlərdə İranın rəsmi nümayəndələri Dağlıq Qarabağın erməni işğalından azad ediləcəyi günün yaxın olduğunu söyləyiblər.
Nümayəndə əlavə edib ki, təxminən 20 il bundan əvvəl elan edilmiş atəşkəs rejimi əbədi davam edə bilməz və “Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtmaq üçün regionda maraqları olan hər hansı dövlətdən və beynəlxalq təşkilatdan icazə almaq niyyətində deyil.
“Biz öz tarixi torpaqlarımıza qayıtmaq istəyirik. Bunu sülh yolu ilə həll etmək mümkün olsa, biz belə də edəcəyik. Əks halda Azərbaycan ordusu işğal altında olan torpaqları güc yolu ilə qaytarmağa məcbur olacaq”,- deyə R.Əhmədli bildirib.
Onun sözlərinə görə, bu ilin noyabr ayında Təbriz Universitetinin təşəbbüsü ilə Təbrizdə Dağlıq Qarabağa həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət