Vergilər Nazirliyi Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) üzvü seçilib. Bu barədə nazirlikdən məlumat verilib.
Bu qərar 27-28 iyun tarixlərində Bern şəhərində (İsveçrə) Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 17-ci Baş Assambleyasında qəbul edilib. Vergilər Nazirliyi təşkilatın İcraiyyə Şurasında bir il müddətində təmsil olunacaq.
Azərbaycan Vergilər Nazirliyi MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır.
Baş Assambleya çərçivəsində vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirliyin sosial tərəfdaşlıq sahəsində həyata keçirdiyi layihələrə həsr olunmuş təqdimat keçirib.
Baş Assambleyanın inzibati sessiyasında Serbiya Vergi Administrasiyasının rəhbəri İvan Simiç 2013/2014-cü il üçün təşkilatın yeni prezidenti seçilib.
“IOTA-nın İcraiyyə Şurasına üzvlük Vergilər Nazirliyinin IOTA ilə əməkdaşlığının yeni mərhələsidir, həmçinin nazirliyin beynəlxalq əlaqələrinin inkişafı və nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə məlumatda qeyd edilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət