SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Gürcüstanda “Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisi” layihəsi üzrə işləri başa çatdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Tikinti işlərini SOCAR-ın “Neftqaztikinti” Trestinin nümayəndəliyi həyata keçirib.
İşlər 2012-ci il iyunun 4-də “Gürcüstan Neft və Qaz Korporasiyası” SC və trest arasında imzalanmış müqavilə əsasında aparılıb.
Məlumatda qeyd edilir ki, 2006-cı ildən fəaliyyət göstərən “Neftqaztikinti” Trestinin Gürcüstan nümayəndəliyi qonşu respublikada neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur.
“Nümayəndəliyin Gürcüstanda fəaliyyət göstərdiyi dövr ərzində azərbaycanlıların kompakt yaşadığı 9980 abonentlik 11 kəndin qazlaşdırılması işləri yerinə yetirilib”, - deyə məlumatda vurğulanır.
SOCAR-ın məlumatına görə, hazırda nümayəndəlik tərəfindən “Marneuli rayonunun Keşəli kəndinin orta təzyiqli qaz xətlərinin tikintisi” layihəsi üzrə son tamamlama işləri aparılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət