Milli Depozit Mərkəzi (MDM) 2013-cü ilin I yarısında nominal dəyəri 202 mln. 242,485 min manat olan səhmin əlavə emissiyası üzrə əqd qeydiyyata alıb, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MDM-dən məlumat verilib.
Mərkəzin məlumatına görə, 2013-cü ilin yanvar-iyun aylarında MDM-də səhmlərin əlavə emissiyası üzrə emitentlərin 184 əqdi qeydiyyata alınıb. İyunda MDM 23,07 mln. manat məbləğində 43 əqd qeydiyyata alıb.
Hesabat dövründə MDM qiymətli kağızların emitentləri ilə 25 müqavilə bağlayıb.
2013-cü ilin I yarısında mərkəz tərəfindən nominal dəyəri 168 mln. 903,61 min manata bərabər olan 2 118 birja əqdi, o cümlədən iyunda 94 mln. 717,608 min manat məbləğində 452 əqd qeydiyyata alınıb.
Bundan başqa, hesabat dövründə MDM nominal dəyəri 101 mln. 970,779 min manat olan qiymətli kağızlarla 196 birjadankənar əqd, o cümlədən iyunda 51 mln. 658,216 min manat məbləğində 26 əqd qeydiyyata alıb.
MDM 1997-ci ilin sentyabrında yaradılıb. 1999-cu ildə mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar 1999-cu ilin sentyabrında MDM təkrar qeydiyyatdan keçirilib. Onun nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM 1,2 minə yaxın emitentə xidmət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət