İki ildən sonra Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının www.baku2015.com rəsmi internet səhifəsinin açılışı olub. Bu barədə Oyunların Təşkilat Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Ötən həftə Təşkilat Komitəsi ilk Avropa Oyunlarının başlanmasına qalan “700 gün”ə start verib.
Rəsmi internet səhifəsi dünyanın bütün yerlərində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri və yerləri haqqında məlumat almaq, Azərbaycan Respublikasının coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq və Bakı şəhərinin tarixi, sosial həyatı, nəqliyyatı və internet səhifəsinə daxil olanların marağın səbəb olacaq digər mühüm təfərrüatları öyrənmək imkanı yaradacaq.
İnternet səhifəsi Bakı Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə əlaqədar dövri olaraq yenilənəcək və Oyunlara müsafir, könüllü, idman azarkeşi və media nümayəndələri kimi qatılan insanlar üçün interaktiv bölmələri təqdim edəcək.
“Bakı Avropa Oyunları 2015”in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə iyunun 28-də keçiriləcək.
Oyunların Koordinasiya Komissiyasının birinci iclasının yekunlarına dair mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bəyan edib ki, Avropa Olimpiya Oyunlarında 19 müxtəlif idman növü üzrə 6351 idmançının iştirakı nəzərdə tutulub.
Avropa Olimpiya Oyunları proqramına aşağıdakı idman növləri daxil edilib: kamandan ox atma; su idman növləri – üzgüçülük, su polosu; yüngül atletika; badminton; basketbol – “3X3”; boks, kanoe yarışı; velosiped idman növü; çimərlik futbolu; gimnastika; cüdo; karate; atıcılıq; stolüstü tennis; taekvondo; triatlon; güləş; qılıncoynatma.
Nazir qeyd edib ki, Avropa Olimpiya Oyunlarında təqdim olunan 19 növdən üçü qeyri-olimpiya növləridir - çimərlik futbolu, karate və basketbol – “3X3”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickeyin sözlərinə görə, Olimpiya Oyunları iştirakçılarının sayı məsələsinə zamanla düzəlişlər edilə bilər. P.Hickey AOO-2015-də bütün Avropa dövlətlərinin iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, bir sıra şəhərlər 2019-cu ildə ikinci AOO-nın keçirilməsinə namizədliklərini artıq irəli sürüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət