Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonu Qarabağ münaqişəsinin nizamlanmasında daha da fəal olmağa çağırıb. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
E.Süleymanov Helsinki Komissiyası kimi tanınan ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası tərəfindən təşkil olunan Azərbaycanla bağlı brifinqdə çıxış edib.
Helsinki Komissiyası Helsinki Yekun Aktı və digər ATƏT sənədlərinin icrasının monitorinqi və onlara riayət olunmasının təşviqi ilə məşğul olur.
Brifinqdə Azərbaycanın rəsmi dairələri səfir Elin Süleymanov və Azərbaycan-Amerika Dostluq Qrupunun rəhbəri kimi Vaşinqtonda ikitərəfli görüşlər məqsədilə ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tərəfindən təmsil olunub.
Qarabağ problemi barədə məlumat verən səfir qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı evindən didərgin salınıb və Ermənistan onların öz torpaqlarına qayıtmaq hüququnu rədd edir. O, bu halın Azərbaycan əhalisi tərəfindən ən ağır insan haqları pozuntusu kimi qəbul edildiyini vurğulayıb və bu pozuntuya müvafiq diqqət yetirmədən, Azərbaycanda insan haqlarından danışmağın qeyri-ciddi göründüyünü bildirib.
Bununla əlaqədar E.Süleymanov Moldovanın parlament ombudsmanı Aurelia Qriqoriunun erməni işğalçılığı haqqında reallığı xatırlatdığı zaman İrəvanda üzləşdiyi təhqir və təhdidləri ABŞ ictimaiyyətinin diqqətinə çatdırıb. O, bu halı Helsinki prinsiplərinin kəskin pozuntusu kimi xarakterizə edib.
Səfir ABŞ-ı ATƏT-in Minsk Qrupuna daimi nümayəndə təyin etməyə səsləyərək, münaqişənin nizamlanmasında onun daha fəal iştirakını arzu edib.
Diplomat Ermənistanda keçirilən sonuncu prezident seçkiləri zamanı ciddi pozuntuların qeydə alınmasına baxmayaraq, həmin ölkəyə dair hər hansı tədbir təşkil edilməməsini Helsinki Komissiyasına irad tutub.
E.Süleymanov Azərbaycanda demokratik dövlət quruculuğu, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat verib. Səfir Azərbaycanın hakimiyyət dairələri tərəfindən oktyabr ayındakı prezident seçkilərinin azad və demokratik şəkildə keçirilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyini bəyan edib və ölkəmizin gələcək taleyinin başqa xarici paytaxt və ölkələrdə deyil, məhz Azərbaycan vətəndaşları tərəfindən müəyyən ediləcəyini deyib. E.Süleymanov qeyd edib ki, Azərbaycan Konstitusiyası və milli qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə, hər bir namizəd qeydiyyatdan keçərək seçkilərdə iştirak edə biləcək. O, insan hüquqları ilə bağlı ölkəmizin ünvanına səsləndirilən əsassız tənqidləri qətiyyətlə rədd edib və bu mövqeyini konkret faktlarla əsaslandırıb. Səfir bu mənada Azərbaycanın müstəqil ədliyyə sisteminin təşəkkül tapdığını, ölkəmizdə 5 minə yaxın KİV orqanının qeydiyyatdan keçdiyini, əhalimizin internetdən tam sərbəst şəkildə istifadə etdiyini, dinamik vətəndaş cəmiyyətinin mövcud olduğunu və insan kapitalının inkişafına ciddi diqqət yetirildiyini vurğulayıb.
Bakı və Vaşinqton arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən E.Süleymanov bildirib ki, Azərbaycan yerləşdiyi regionda müstəqil və suveren siyasət yeridən ölkələrdən biridir.
Deputat S.Seyidov qeyd edib ki, 2014-cü ilin may ayından etibarən Azərbaycan Avropa Şurasına sədrlik edəcək. O, Azərbaycanın İnsan Hüquqları haqqında Avropa Konvensiyasına qoşulduğunu xatırladaraq, Azərbaycan vətəndaşlarının birbaşa olaraq bu məhkəməyə müraciət etmək hüququna malik olduqlarını deyib və Azərbaycan hökumətinin həmin məhkəmənin çıxardığı bütün qərarları icra etdiyini söyləyib. Bu kontekstdə Azərbaycanda insan hüquqlarının müdafiəsinin səviyyəsi üzrə bir göstərici olaraq, ölkəmizdən bu məhkəməyə təqdim edilən şikayətlərin sayının bir çox Avropa ölkələrindən aşağı olduğunu açıqlayıb. O, Azərbaycan həbsxanalarındakı məhbusların da sayının daha az olduğunu qeyd edib.
Tədbirdə çıxşı edən ABŞ Dövlət Departamentinin dövlət katibi yardımçısının müavini Tomas Melia bəyan edib ki, Vaşinqton Azərbaycanı bir dost ölkə hesab edir. O, Azərbaycan hökuməti ilə demokratiya və insan hüquqları üzrə davamlı dialoqun aparıldığını və baş tutacaq prezident seçkilərinin azad və demokratik şəkildə təşkil ediləcəyinə ümidvar olduqlarını bildirib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət